Xaricdə təhsil, Peşəsinə nifrət edən müəllim

21.01.2024
Xaricdə təhsil, Peşəsinə nifrət edən müəllim

Az qala stress məni öz peşəmdən ayıracaqdı. Lakin rəhbərlikdəki dəyişikliklə mən yenidən təhsilə aşiq oldum.

 Yaxın keçmişdə  mən oz peşəmi tərk etməyə hazır idim. Sən demə, məsələ rəhbərliklə bağlı imiş. Fərqin səbəbi mənim direkrotumdur.

   Əvvəlki rəhbərlik altında elə bir məqama gəlib çıxmışdım ki, daha davam edə bilmirdim. İşimdən narahatçılıq və stresslə ayrıldım. O məktəbdə işlərin yaxşılığa doğru getdiyini nümüyiş etdirməkdən ötəri şagirdləri tələb olunan səviyyəyə çatdırmaq üçün gərgin təzyiq altında işləyirdik – və hər an ola biləcək yoxlamanın təlaşını yaşayırdıq. Məktəb rəhbərliyinin üzvü olduğum üçün direktorumuz mənim həmkarlarımdan aralı olmağımı, yəni təcrid olunmağımı istəyirdi.

     Vəziyyəti daha da pisləşdirən hal isə xüsusi tərbiyəyə ehtiyacı olan bir uşağın tez-tez məni fiziki hücumlara məruz qoyması idi. Günlərin birində hətta, beyin silkələnməsi və burnumun qırılması ehtimalı ilə xəstəxanaya düşdüm.

     Direktorumun mənə kömək edəcəyini gözləyirdim. Ertəsi gün işə qayıdanda şagirdə qarşı heç bir tədbirin görülmədiyini öyrəndim. Mən  müəllim heyətinin qorunmaya ehtiyac olduğunu izah etsəm də, həddindən artıq reaksiya verdiyim diqqətiə çatdırıldı. Heç nə dəyişmədi.

     Məktəbdə zorakılıq və pozucu davranışla bağlı problemlər normaya çevrilmişdi. Müəllimlər şagirdlərin davranışları ilə məşğul olduqları üçün tez-tez özlərinin hazırlığına sərf etməli vaxtı itirirdilər. Müəllimlər kömək arayanda hər şeyin onların günahı üzündən baş verdiyi və onların həlli üçün də yalnız özlərinin cavabdeh olduğunu deyirdilər. Mənəviyyat zəif olduğundan müəllimlər hər hansı bir köməyin göstəriləcəyindən ümidlərini üzmüşdülər. Bəzilərinin müxtəlif otaqlarda için-için ağladıqlarının şahidi olurduq. Özümü tamamiələ gərəksiz hiss edirdim.

     Məktəbləri dəyişəndə gördüm ki, problem müəllim peşəsində deyil, rəhbərlikdədir. Yeni direktorum alınacaq  hər bir qərarın mərkəzinə  şagirdlərini qoyur. Öyrənmə əyləncəli bir şey hesab olunur, uşaqlar təkcə ingilis dili və riyaziyyat deyil, bütün qabiliyyətlərini kəşf etməyə həvəsləndirilir. Məktəbin direktoru tərəqqiyə diqqət yetirməklə yanaşı, bunun saysız-hesabsız sat* çalışmalarından ibarət olmadığı ideyasına da inanır. Bizdə hədəf kartları yoxdur, çünki şagirdlərin öyrənməsinə onların necə həqiqi təsiri ola bilər?

     Direktorumuz müəllimlərin rifahına da eyni həssaslıqla yanaşır. Tez-tez bizlərə heyət səhər yeməkləri verilir, valideyn axşamlarında şam yeməyi, adi mesajlar və təşəkkür nümayişləri olur. Bunlar bizi peşəkar məqsdlərimizə can atmağa rulandırır; direktorumuz gücümüzə inanır və bizə poetnsialımızdan istifadə etmək şövqü verir.

     Mən, hətta həyatıma qovuşmuşam. Şagirdəlrə qiymət dərslərdə yazılır, ona görə də burda işə başladığımdan bəri evə kitab aparmıram, tətillər zamanı məktəb bağlanır, sinif otaqlarında işləmirik. Bunun əvəzinə umduğumuz dincəlmək və növbəti rübə enerji ilə dolu olmağımızdır.

     Əvvəllər harada olduğumu nəzərə alanda bu nöqtəyə gəldiyimə hələ də inanmıram. Yenidən müəllimliyə aşiq olmuşam və indi bilirəm ki, bu,  dünyada ən yaxşı iş ola bilər – sadəcə olaraq düzgün məktəb tapmaq lazımdır.

____________

* sat – ABŞ-da kollec və universitetlərə qəbul olmaq istəyən orta məktəb şagirdlərinin verdiklri test imtahanı – Sxolastic Qiymətləndirmə Testi

(/ˌes eɪ ˈtiː/- (in the US) a test taken by high school students who want to go to a college or university (the abbreviation for ‘Scholastic Assessment Test’)

The Secret Teacher (Məxfi Müəllim) “The Gardian” qəzetinin anonim bloqudur, burada müəllimlər istədiklərini olduğu kimi deyə bilərlər.

İngiliscədən çevirdi:

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi,  qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?