ADPU-nun Quba Filialının dosenti Məhəmməd Nurməmmədov beynəlxal konfransda iştirak edib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Məhəmməd Nurməmmədov xüsusi dəvət əsasında iki müxtəlif sahə üzrə Avropa Elmi İnstitutu ilə Grigol Robaxidze Unveristetinin birlikdə Gürcüstanın Tiflis şəhərində sentyabr ayının 6-7-də keçirdiyi VIII Avroasiya Çoxfənnlər üzrə Beynəlxal Konfransda məruzəçi və sessiya sədri kimi aşağıdakı mövzularda ingilis dilində məruzə etmişdir:
1. Riyazi dilçilikdə : “İki dil arasında konkurensiyanın riyazi modeli”.
2. “Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində tipsiz (yeni) dəyişən əmsallı diferensial tənliklər üçün yeni sərhəd məsələsi qoyuluşlarının həll oluna bilməsi haqqında”.
Qeyd edək ki, dosent Məhəmməd Nurməmmədov öncədən konfransda həm də Elmi Təşkilat Komitəsinin üzvü seçilmişdir. Dosent Məhəmməd Nurməmmədov Avropa Elmi Jurnaın (ESJ) redaktorudur.