ADPU-nun Quba filialının əməkdaşları təlimdə iştirak ediblər

24.07.2023
ADPU-nun Quba filialının əməkdaşları təlimdə iştirak ediblər

ADPU-nun Quba filialının əməkdaşları Əlil Qadınlar Cəmiyyəti Ictimai Birliyinin BMT-nin Etimad Fondunun (UN Trust Fund End Violence against Women) maliyyə dəstəyi ilə keçirilən təlimdə iştirak ediblər

24 iyul 2023-cü il tarixində “Əlil Qadınlar Cəmiyyəti Ictimai Birliyinin BMT-nin Etimad Fondunun (UN Trust Fund End Violence against Women) maliyyə dəstəyi ilə Quba şəhərində “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” adlı layihəsinin fəaliyyət istiqamətində təlim keçirilib.

Təlimlər Etika Akademiyasının direktoru Gunel Ibrahim tərəfinden keçirilib.Təlimdə dövlət qurumlarının, sosial, səhiyyə, ədliyyə, bələdiyyə, məşğulluq təhsil, İcra hakimiyyətinin, huquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi ve kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət gostərməyə dair kommunikativlik bacarıqları aşılanıb. Təlimdə filialın əməkdaşları Nübar Bayramova, Şəhla İsmayılova, Günel Məlikova və Nəhayət Şirinova da iştirak edib.Təlimlər Quba rayon Gənclər Mərkəzində keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?