ADPU-nun Quba filialında bootcamp keçirildi

ADPU-nun Quba filialında bootcamp keçirildi

29 oktyabr 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı layihəsi (4ü1arada) çərçivəsində BOOTCAMP keçirildi.

Bootcamp-da Quba-Xaçmaz regionundan cəlb edilmiş iştirakçılar iştirak edirdi.

4ü1arada proqramı çərçivəsində təşkil edilən təlim və mentorluq proqramlarında formalaşdırlmış startap layihələrinin müəlliflərinin iştirak etdiyi bootcaçmp-da inkişaf etdirilən startap layihələrindən 10-nun “Demoday” tədbirinə cəlb olunmasına qərar verildi. Bootcamp-da startap komandalarına 4 nəfər Bakıdan dəvət edilmiş, 1 nəfər isə yerli mentor olmaqla 5 mütəxəsisi tərəfindən dəstək verilirdi.

Dağlıq Şirvan regionundan cəlb edilmiş komandaların iştirakı ilə isə, noyabrın 4-də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində bootcamp keçirilməsi nəzərdə tutulub. Hər iki regionun uğurlu startap komandaları Demoday tədbirində yarışacaqlar. Demoday noyabr ayı ərzində keçiriləcək.

Qeyd edək ki, 4ü1arada proqramı Innovation and Digital Development Agency İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, İTE Azərbaycanın tərəfdaşlığı və Yenifikir-in təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?

ADPU QUBA


This will close in 20 seconds