ADPU-nun Quba filialında görüş keçirilib

18.04.2022
ADPU-nun Quba filialında görüş keçirilib

14 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının nümayəndələri ilə görüş keçirilib. Görüş Mərkəzi Karyera monitorinqlər şöbəsinin müdiri Lalə Rəsulova, Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı, Xidmət inkişafı və innovasiyalar şöbəsində fəaliyyət göstərən Pərviz Əfəndizadə tərəfindən baş tutmuşdur.
İlk olaraq Əli Qurbanlı sözə başlayaraq qeyd etmişdir ki, karyera planlaması anlayışı son zamanlar haqqında tez-tez eşitdiyimiz mövzulardan biridir. Karyera planlaması nədir? Bəs karyera planlaması niyə vacibdir? Karyera planlaması sahib olduğunuz potensialın gələcək məqsədlərinizlə uzlaşmasıdır.
Karyera planlaması bu gün gələcək üçün etdiklərimizdir. Gələcəyimizi dayanıqlı etmək üçün karyeramızı planlayarkən 5 əsas addıma diqqət etmək lazımdır. Bu 5 addım karyera yolunuzun hansı mərhələsində olmağınızdan asılı olmayaraq keçərlidir.
Bəs bu 5 addıma nələr daxildir?
-Öz potensialını kəşf etmək və fərqindəlik
-Əmək bazarı imkanlarını araşdırmaq
-Peşəkar məqsəd təyin etmək
-Fəaliyyət planı hazırlamaq
-Davamlı olaraq gedişatı qiymətləndirmək
Daha sonra karyera məsləhətçisi Pərviz Əfəndizadə növbəti mövzuda tələbələrə gələcək fəaliyyətlərinin uğurlu olması üçün hansı məqamlara toxunmalı olduqlarını bildirmişdir. Tələbələrlə qarşılıqlı debat formasında keçən görüşdə onlara dəyərli tövsiyələr vermiş və çıxışında Peter Druckerin sözünə istinadən qeyd etmişdir ki, “Ən ciddi səhvlər yanlış cavabların nəticəsində formalaşanlar deyil. Əsas təhlükə yanlış suallar verməkdir.” Onlara gələcək fəaliyyətlərində məqsədlərinə çatmaq üçün doğru suallar verməyin əhəmiyyətini vurğulamışdır.
Son olaraq Lalə Rəsulova çıxış edərək, “4 səhv 1 düzü aparmır” mövzusundakı təlimində tələbələrə həyatımızda yanlış verdiyimiz qərarların belə bizə dəyər qatdığını, bunun hədəflərimiz yolunda bir son olmadığını vurğulamışdır. Bu çərçivədə öz fikirlərini səsləndirərək, onlara gələcək karyera yollarında əlavə olaraq nələrə diqqət etməli olduqlarını bildirmişdir.
Çıxışın sonlarında karyera məsləhətçiləri gənclərə çox böyük imkanlar yarada biləcək bəzi xidmətlər haqqında da məlumat veriblər. “Alo karyera dəstək xidməti” , https://cv.dma.gov.az/  saytı haqqında danışaraq bu xidmətlərin müvafiq olaraq Dövlət Məşğulluq Agentliyinin ödənişsiz Karyera məsləhət xidməti və CV hazırlığı portalı olduğunu onların diqqətinə çatdırmışlar. Bundan savayı, iş və təcrübə imkanları olan internet saytları, proqramları haqqında da dəyərli məsləhətlər verdilər.
Görüşün sonlarında karyera məsləhətçiləri gənclərə çox böyük imkanlar yarada biləcək bəzi xidmətlər haqqında da məlumat veriblər. “Alo karyera dəstək xidməti” ,https://cv.dma.gov.az/  sayt haqqında danışaraq bu xidmətlərin müvafiq olaraq Dövlət Məşğulluq Agentliyinin ödənişsiz Karyera məsləhət xidməti və CV hazırlığı portalı olduğunu onların diqqətinə çatdırmışlar. Bundan savayı, iş və təcrübə imkanları olan internet saytları, proqramları haqqında da dəyərli məsləhətlər verdilər.
Keçirilən təlim tələbələr tərəfindən rəğbətlə qarşılanıb və onlarda yaranan suallar çərçivəsində karyera məsləhətçiləri ilə qarşılıqlı müzakirələr apararaq görüşün daha çox debat formasında keçməsinə səbəb yaradıb.
Ən sonda hər biri tələbələrə gələcək karyera fəaliyyətlərində uğurlar arzu edərək bildirdilər ki:
İlk addım bir vərəq və qələm qədər uzağınızdadır. Özünüzü kəşf etməyə və sorğulamağa başlayın. “Gələcək bu gün nə etdiklərimizdən asılıdır”.
Karyera yolunuz işıqlı olsun!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?