ADPU – nun Quba filialının tələbəsi təlimdə iştirak edib

03.10.2023
ADPU – nun Quba filialının tələbəsi təlimdə iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi, “İrəli” ictimai birliyinin təşkilatçılığı ilə “Gənc Mülki Müdafiəçilər” layihəsinin iştirakçıları üçün “Fövqəladə hadisə zonasında xilasetmə işlərinin aparılması” mövzusunda təlim həyata keçirilib. Təlimlər Fövqəladə Hallar Nazirliyinin N saylı təlim tədris bazasında həyata keçirilib. Bu təlimdə ADPU – nun Quba filialının “Təhsildə sosial – psixoloji xidmət” ixtisasının IV tədris ili tələbəsi, filialın Tələbə Gənclər Təşkilatının sədri, Davam Gənclər Hərəkatının Bilik mərkəzinin Quba rayon koordinatoru Nicat Piriyev də iştirak edib.
Təlimlərin ilk günü iştirakçılara “Mülki – müdafiə” ilə bağlı ilkin biliklər öyrədilmişdir.
Təlimlər “ Yanğınsöndürmə – texnika, avadanlıqlar və ləvazimatlar”, “Axtarış – xilasetmə işlərinin aparılmasında istifadə olunan texniki vasitələr və avadanlıqlar”, “ Fövqəladə hadisə zonasında xilasetmə işlərinin aparılması”mövzusunda həyata keçirilib. İştirakçılar bu hallar zamanı istifadə ediləcək avadanlıqlarla tanış olmuş, istifadə qaydasını öyrənmişlər.
Layihənin iştirakçıları təlimlərlə yanaşı, “Nə? Harda? Nə zaman?” intellektual turnirində birincilik uğrunda mübarizə aparmışlar.
Sonda “ Gənc Mülki Müdafiəçilər” təlimini uğurla başa vurduğuna görə iştirakçılar Şəhadətnamə ilə təltif ediliblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?