“İdmanın ürəyi Qubada döyünür”

22.04.2024
“İdmanın ürəyi Qubada döyünür”

ADPU Quba filialının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tələbələrin Quba İdman Paytaxtı adı altında “İdmanın ürəyi Qubada döyünür” adlı Spartakiadanın açılış mərasimi keçirilib

Açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dos.Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, gənclər, tələbələr iştirak edib.

May ayının 10-na qədər davam edəcək spartakiada da futbol, voleybol, yüngül atletika oyunları, stolüstü tennis və digər idman oyunlarında filialın tələbələrindən ibarət komandalar yarışacaq. Spartakiadanın əsas məqsəd və vəzifələri: bədən tərbiyəsi və idmanın tələbələr arasında kütləvi inkişafına köməklik göstərmək; tələbələrin fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə daim məşğul olmalarına zəmin yaratmaq; tələbələrin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artmasına nail olmaq; tələləbərin antinarkotik dünyagörüşünün formalaşmasına bədən tərbiyəsi və idman vasitəsi ilə nail olmaqdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?