Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2023-cü ilin I yarısına dair görülən işlərin hesabatı

08.09.2023
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2023-cü ilin I yarısına dair görülən işlərin hesabatı

“Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycan kimi Vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü həmişə xoşbəxt saymışam” deyən ulu öndər Heydər Əliyev irsini öyrənmək hər bir azərbaycanlı üçün böyük qürurdur.

“Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir.Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır.Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar.. “

Ümummilli lider Heydər Əliyev

Bu gün hər bir azərbaycanlı dərk edir və böyük qürur hissi ilə deyir ki, Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən milli dövlətçilik ideologiyasını formalaşdırdı və ən əsası Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində bu idelogiyanı, Azərbaycanın sosial-iqtisadi-siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək, ölkəmizin ərazi bütövlüyünü bərpa edən ən layiqli və müqtədir bir varisini yetişdirdi.

Ulu öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki. təhsil sisteminin nə qədər dəyəri olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan təhsil sahəsində çalışan hər bir kadr öz əməli ilə bu sağlam ideyanı təqdim etməyə, qorumağa çalışır. Çünki insanın savadı, biliyi, bacarığı onun gələcək həyatını müəyyən edir. Biz bu gün çalışdığımız ali təhsil müəssisəsində gələcək üçün lazımlı kadrlar yetişdirməklə yanaşı, həm də ölkənin tarixini bilən, Heydər Əliyev irsindən öyrənməyə maraqlı olan, dövlətçilik ənənələrinə sadiq, vətənpərvər şəxsiyyətlər yetişdirməyə səy göstəririk. Yaxşı anlayırıq ki, Azərbaycanın bugünki və gələcək nəsillərinin ulu öndər Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun əsərini – müstəqil Azərbaycanı qorumaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu mənada sevindirici haldır ki, ADPu-nun Quba filialında başda filial rəhbərliyi olmaqla bütün kollektivin səyi və birgə əməyi ilə bu istiqamətdə komanda əməyi sərgilənir, təkcə elə 2023-cü ilin ilk yarısında gənclər arasında görülən işlər onu deməyə əsas verir ki, Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, bütün türk dünyası, Azərbaycan xalqı və qədirbilən bəşəriyyət onu heç vaxt unutmayacaq.

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar filialda sistemli və ardıcıl işlər göz qarşısındadır.

Ümummilli Lider Heydər Əliyevin ölkədə pedaqoji kadr hazırlığı sisteminin formalaşmasına verdiyi töhfələrə həsr edilmiş tədbirlərin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi ilə əlaqədar filialda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Azərbaycan gəncliyinin mənəvi, əxlaqi tərbiyəsinin formalaşmasında Heydər Əliyevin rolu”, Quba filialının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər”, Türk Ağsaqqalları İctimai Birliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycanda Heydər Əliyev ili çərçivəsində 31 Mart – Azərbaycanlıların Soyqırımının 105-ci ildönümünə həsr edilmiş “31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin rolu”, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialının akt zalında “Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”, Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Məhkəməsinin, Quba Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon Şöbəsinin, Quba Rayon Polis Şöbəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və hüquq islahatlarının aparılmasında Heydər Əliyevin rolu” mövzusunda adlı elmi-praktik konfranslar, “Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsində Heydər Əliyevin rolu”, “Heydər Əliyev: elm və təhsilin hamisi”, Quba rayon Gənclər və İdman İdarəsinin, və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin rolu” adlı, “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, “Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi”, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbirlər, ADPU-nun Quba filialında Quba Rayon İcra Hakimiyyətinin, Xəzər Universitetinin, MUSIAD Azərbaycanın və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq simpoziumlar keçirilib.

Bütün bunlarla bərabər 2023-cü ilin əvvəlindən başlayaraq “Azərbaycanda Heydər Əliyev ili” çərçivəsində ADPU-nun baza məktəbi olan Bakı şəhər 7 saylı tam orta məktəbin tədbirlər planına müvafiq olaraq 27-28 may 2023-cü il tarixlərində direktor Könül Təhməzovanın rəhbərliyi ilə məktəbin pedaqoji və tələbə heyəti, həmçinin Quba – Xaçmaz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Quba şəhər və kənd məktəblərinin şagird və müəllim kollektivləri ADPU-nun Quba filialında tanışlıq görüşündə olublar.

ADPU-nun dövri elmi nəşrlərində, saytlarda Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş məqalələr dərc edilib. Filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyevə həsr olunmuş kitab, jurnal və məcmuələrdən ibarət sərgilər təşkil edilib, guşələr yaradılıb.

Müntəzəm olaraq professor və müəllim heyətinin, tələbələrin və əməkdaşların Heydər Əliyev Mərkəzinə, Heydər Əliyev Muzeyinə ekskursiyaları təşkil edilib, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Heydər Əliyevin ideya siyasi irsi və davamlı inkişaf” adlı Ustad dərsləri keçirilib. Dərslər uzun müddət Quba şəhərində Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində çalışmış, Əməkdar mədəniyyət işçisi Elza Orucova tərəfindən keçirilib.

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə və ağacəkmə aksiyalarında filialın əməkdaşları da iştirak etmiş, dəfələrlə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Quba şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi ADPU-nun Quba filialının direktoru f.e.d.Yusif Alıyev və filial kollektivi tərəfindən ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə əklillər düzülmüşdür. Bununla bərabər Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 26 may 2023-cü il tarixində ADPU-nun Quba filialının bir qrup tələbə və əməkdaşları Quba rayon Məhkəməsinə ekskursiya etmişlər.

Tələbələr arasında “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda şeir, qiraət, inşa, esse müsabiqələr, ədəbi-bədii tədbirlər və çempionatlar, Quba GİKM də birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?”, “Xəmsə” formatında intellektual yarış, Quba filialının, Quba rayon Gənclər və İdman İdarəsinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “”2023 – Heydər Əliyev ili” çərçivəsində ADPU-nun Quba filialında Nə? Harada? Nə zaman? formatında “Heydər Əliyev” kuboku uğrunda intellektual oyunlar, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında futbol və voleybol yarışları keçirilmişdir.

Ümumilikdə onu qeyd edə bilərəm ki, Filialda istər elm sahəsində, istərsə də gənclərin şəxsiyyət kimi hazırlanması istiqamətində görülən işlər birbaşa dövlətin siyasi xəttini dəstəkləməyə yönəlmişdir. Filialın direktoru dos. Y.Alıyevin sözləri ilə desək “Elm və təhsil sahəsində müşahidə, təhlil və qərarvermə çox önəmlidir. Qərar verilərkən isə hökmən zəngin müşahidələrin, müşahidələr əsasında isə dərin təhlil qabiliyyətin olmalıdır. O zaman qərar aydın olur və qəbul edilmiş qərar əsasında görüləcək iş də mükəmməl hədəfə istiqamətlənir. ” Biz də kollektiv olaraq çalışırıq ki, verdiyimiz qərarlar, etdiyimiz işlər ulu öndər Heydər Əliyevin müqəddəs və ölməz ruhu qarşısında borcumuzu dərk etməyə kömək etsin. Çünki ümummilli lider Heydər Əliyev siyasət şahmatının mahir bilicisi, ustadı, Azərbaycan məsuliyyətini öz çiyinlərində daşıyan, dövləti və milləti ağır sınaqlardan çıxaran VƏTƏNDAŞ, ŞƏXSİYYƏT, LİDER idi.

Aysel Balasultan qızı Şeydayeva Sosial və humanitar məsələlər üzrə direktor müavini

Pedaqogika üzrə fəlsəfə doktoru Qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?