Sevdiyinizi göstərin

29.04.2024
Sevdiyinizi göstərin

(Əsl müəllim haqqında şagird baxışı) Anonim müəllif.

Əsl müəllim. *Ofsted-in nəzərində, çox güman ki, dərs planlarını nümunəvi şəkildə hazırlayan, özünü təkmilləşdirmək haqqında 30 seçilən kitabı olan müəllimdir o. Lakin,16 yaşlı birisi kimi mən bununla heç də razılaşmıram.  Şagirdlərin sevdikləri ən yaxşı– dərsləri nahar masasında müzakirə olunan, adları həmişə xatırlanan, təsirləri heç vaxt unudulmayan müəllimlər – bambaşqadır.

Sevdiyinizi göstərin

     Ofsted deyir ki, görkəmli müəllimlər tədris etdikləri fəndən “dərin bilik və anlayış nümayiş etdirilər”. Həvəs nə qədər ruhlandırıcı olsa da, dərs dedikləri uşaqların dərin bilik və anlayışa malik olmaları da bir o qədər mühümdür.

Bir müəllimim var, iki illik kursumun əvvəlindən hər həftə əlavə dərs keçir, baxmayarq ki, daha çoxuna ehtiyacımız vardır. Bəzən dərsdə təkcə mən oluram, ancaq o, işini görür. O qadın mənə inanaraq, məni təhrik edərək, qayğıma qalaraq həyatımı büsbütün dəyişdirmişdir. Məlumdur ki, hər müəllimin belə olmasını gözləmirəm, lakin kiminsə sərf etdiyi zamana görə sənə dəyər verdiyini duymaq heyrətamizdir.

     Xoşbəxtliyim ondan ibarətdir ki, mənə proqramdan kənar çox şey öyrədən, maneləri birbaşa dəf etməyi göstərən və nəticədə daha da güclü olmağı öyrədən müəllimlərim var. Mükəmməl hazırlanmış dərslər başqa şeydir, özünə güvənməyən yeniyetməyə qayğı bəslədiyinizi göstərmək də vacibdir.

Üstümüzə qışqırmayın

     On bir yaşım olanda üstümüzə qışqıran müəllimlərlə indi də heç bir əlaqə qura bilmirəm. Hörmət qışqırıb təslim elədiyin 30 sakit üzdən ibarət deyildir. Bizlərə insani münasibət bəsləsəniz, nə haqqında danşıdığınızı bilsəniz, bizim də deməli olduqlarımızla maraqlansanız, hörmətimizi qazanarsınız. Yalnız dərsləriniz barəsində düşünməyiniz və “hörmətsizliyə” görə bir saat üstümüzə qışqırmaq sizə heç nə qazandırmayacaq.

     Məktəbimizdə məşhur bir müəllim var – heç kəsin sevmədiyi birisi, əsasən ona görə ki, qışqırır və həmişə də dərsdən sonra saxlamaqla cəza verir. Onun üçün çalışmağa həvəsimiz yoxdur, çünki onunla danışa bilmirik.  Üstümüzə qışqırıb bizləri susdurmaq sizə çox səlahiyyət vermir.

Bizə şəxsiyyətinizi göstərin (lakin həddi aşmayın)

     Etiraf edək ki, bazar ertəsi doqquzun yarısında heç kəs yatağından qalxmaq istəmir. Lakin ən yaxşı müəllimlər şəxsiyyətləri o qədər parlaq olan o kəslərdir ki, otuz başın içindəki lampaları dərhal yandırır.

     Biz o müəllimləri həqiqətən sevirik ki, onlar heç bir narahatçılıq keçirmədən dərslikdəki materialı çatdırır, və yeniyetmələr olduğumuz üçün isterik hallarımıza görə bizi danlamırlar. Bilirik ki, siz burada bizim dostlarımız deyilsiniz, lakin müəyyən münasibət də əhəmiyyətlidir.

     Tarazlıq çox vacibdir, baxmayaraq ki, “təbəssüm qazanmaq” üçün çox çalışan müəllimlər şagirdlərin rəğbətini qazanmaq riski naminə o qədər irəli gedirlər ki, geri qayıda bilmirlər. Bizə nə zaman yaxşı olduğumuzu deyin.

     Müəllimlər şagirdlərində özünəhörmət hissi aşılamaq, onları daha ətraflı düşünməyə sövq etmək üçün vərəq-vərəq əks əlaqə səhifələri yaza bilər, lakin həqiqətən başa düşülən sözlü əks əlaqədir. Bu, “Doğrudur”, “Elədir”, “Tamamilə doğrudur” kimi çox sadə sözlər, başınızla rəğbətləndirici təsdiq, gözlərinizdəki qürurlu bir parıltı da ola bilər. Sadə görünür, ancaq bir şeyə nail olduğumuzu  eşitmək dünyaya dəyər.

     Yoldaşlarının qarşısında sözlü tənqid isə o qədər də yaxşı deyil. Özününzü mənim yerimə qoyun: qida texnologiyası dərsindəsiniz və çay dəsmalını unutmusunuz. Bu, miqyasına görə elə böyük bir səhvdir ki, dörd il sonra bir məqalə yazanda belə təəssüflənəcəksiniz. Dostalrının gözləri önündə “sən səfehsən” sözünü eşitmək adamı incidir, bunu unutmayın, zəhmət olmasa.

Unutmayın ki, sizə həqiqətən dəyər veririk

     İstərsəniz inanın, istərsəniz inanmayın, bilirik ki, işiniz çətindir. Bilirik ki, inanılmaz stress altındasınız, bəzən dərs deməkdən çox kağız işi görürsünüz, bir saat dərsə hazırlaşmaq bir saatdan artıq vaxt alır və bizlər kimi siz də təlim məqsədlərinə nifrət edirsiniz. Bilirik ki, qarşımıza məqsəd qoymaq, tapşırıqlarımızı  qiymətləndirmək tədris etdiyiniz fənnə sevgi alovlandırmaq müqabilində vaxtı öldürmək kimi görünə bilər.

     Həmişə biruzə verməsək də, gördüyünüz işə yüksək qiymət veririk. Məsələyə bu baxımdan yanaşdıqda, böyük  müəllimlər başından heç vaxt çıxara bilməyəcəyin melodiyalara bənzər. Uşaqlar və yeiyetmələr kimi müntəzəm olaraq dəyişdikcə – o zaman bizləri tək qoymayan, səhv yollardan, uğursuz sınaq və səhvlərmizdən ayıran – əsl böyük insanlarsınız.

     İnanmıram ki, mükəmməl müəllim var, həyatımdakı qeyri-adi müəllimlər də heç vaxt səhv etməyən müəllimlər deyil, məndən heç vaxt usanmayan, və mənə də özümdən usanmamağı aşılayan şəxsiyyətər olmuşdur.

“The Gardian” qəzeti

İngiliscədən çevirdi: Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?