ADPU-nun Quba filialının əməkdaşları və tələbələri ümumrayon tədbirində iştirak edib

27.02.2023
ADPU-nun Quba filialının əməkdaşları və tələbələri ümumrayon tədbirində iştirak edib

24 fevral 2023-cü il tarixində Quba Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar “Xocalını unutmadıq, unutdurmarıq” adlı anım tədbiri keçirilib. Tədbir Quba Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə baştutub. Tədbirdə Quba Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin, Quba Rayon Gənclər və İdman İdarəsinin, ADPU-nun Quba filialının əməkdaşları və tələbələri, Quba Destinasiya Menecmenti Təşkilatının rəhbər və əməkdaşları, Birinci Qarabağ Müharibəsinin veteranı Xocalı faciəsinin canlı şahidi Vidadi Cavadov, Quba Asan Xidmət Mərkəzinin könülüləri, orta ümum təhsil məktəblərinin şagirdləri və ictimai fəal gənclər iştirak etmişlər.Tədbirdə Quba Uşaq İncəsənət Məktəbinin təşkil etdiyi rəsm sərgisi nümayiş olunub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb,Xocalı soyqırımı qurbanlarının, eləcədə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Xocalı Soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və facəli səhifələrdən biri kimi daxil olub. Bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyətə, insanlığa qarşı yönəldilib. Bu il biz Xocalı soyqırımı qurbanlarını başqa əhval-ruhiyədə anırıq: qalib ölkənin vətəndaşları kimi. Azərbaycan Respublikasının Prezidenti, AliBaş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edərək Ermənistan rəhbərliyini təslim aktını imzalamağa məcburetdi. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu, bütün Şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisası alındı. Tədbirin sonunda Zəki Kərimov adına I Nügədi tam orta məktəbinin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya səsləndirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?