“AZƏRBAYCAN BAYRAĞI-HƏR BİR AZƏRBAYCANLININ QÜRUR MƏNBƏYİDİR”

07.11.2022
“AZƏRBAYCAN BAYRAĞI-HƏR BİR AZƏRBAYCANLININ QÜRUR MƏNBƏYİDİR”
ADPU-nun Quba filialında 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə “AZƏRBAYCAN BAYRAĞI-HƏR BİR AZƏRBAYCANLININ QÜRUR MƏNBƏYİDİR” mövzusunda tədbir keçirilib
Noyabr ayının 5-də ADPU-nun Quba filialında 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə “AZƏRBAYCAN BAYRAĞI-HƏR BİR AZƏRBAYCANLININ QÜRUR MƏNBƏYİDİR” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarından keçmiş qəhrəman oğul və qızlarımızın – Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə filialın Tarix, pedaqogika və sosial fənlər kafedrasının müdiri v.m.i.e. t f.d.Elnur Nəsirov məruzə ilə çıxış edib, qeyd edib ki,­ ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.
Tədbir, filialın Humanitar və sosial elmlər fakültəsinin Tarix müəllimliyi ixtisasının I tədris ilinin tələbələri Hacıyeva Mələk,Hacıyev Emin moderatorluğu ilə davam edib.Daha sonra tədbirdə filialın Humanitar və sosial məsələlər üzrə direktor müavini Aysel Şeydayeva çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, daha sonra Cəfər Cabbarlının Azərbaycan Bayrağı şeirini səsləndirib.
Tələbələr Mövsümova Səma, Əmrəhova Ramilə Azərbaycan Bayrağına həsr edilən şeirlər səsləndirib, İsmayılzadə Emil Azərbaycan Bayrağı Gününün təsis edilməsi ilə bağlı tarixi faktları qeyd edib.
BAYRAMIMIZ MÜBARƏK!
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?