ADPU-nun Quba filialının tanıtımı layihəsi çərçivəsində Quba şəhəri 6 saylı tam orta məktəbin şagirdləri filialda olub

08.06.2023
ADPU-nun Quba filialının tanıtımı layihəsi çərçivəsində Quba şəhəri 6 saylı tam orta məktəbin şagirdləri filialda olub

Tanıtım proqramına uyğun görüş zamanı məktəbin Təşkilatçı müavini Günay Təhməzova və 11-ci sinif şagirdləri filial ilə tanış olublar.

Görüş zamanı Filialın KTŞ müdiri Pərvanə Rzayeva, İKT şöbəsinin müdiri Yusif Abayev tərəfindən filalın ixtisasları, tədris prosesi, kadr hazırlığı, pedagoji heyət və təlim-tərbiyə haqqında geniş məlumat verilmiş, qeyd edilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ölkə təhsilini uğurlu inkişaf etdirilməsində ADPU-nun Quba filialının da önəmli yeri vardır. Qeyd edək ki, ADPU-nun Quba filialı fəaliyyətə 1943-cü ildə Şimal bölgəsində pedaqoji kadr hazırlığı məqsədilə yaradılan Quba Dövlət Müəllimlər İnstitutunun yaradılması ilə başlamış, onun varisi kimi isə 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı, 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı kimi fəaliyyət göstərir. Filial müəllim hazılığı həyata keçirir ki, bu da ilkin hədəf olaraq tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi, tələbələrin təqaüd imkanlarını davamlı olaraq artırmağı, onların asudə vaxtını səmərəli təşkil etməyi seçir ki, buna da filialın yüksək səviyyədə idarə edilməsi ilə nail olmaq olur.Filialın inkişafının 4 ili f.e.d. Yusif Alıyevin rəhbərliyi dövrünə düşür və bu da direktorun problemləri zamanında qarşılayan və gələcəyə yönəlmiş proqnoz xarakterli fəaliyyətinin olmasını ildən-ilə yeni uğurlarla şərtləndirir.

Sonda universitetlə tanışlıq olub və xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?