Ədəbiyyat və dillər kafedrasında elmi işlərin növbəti müzakirəsi keçirilib

26.11.2021
Ədəbiyyat və dillər kafedrasında elmi işlərin növbəti müzakirəsi keçirilib

26 noyabr 2021-ci il tarixində ADPU Quba filialının Ədbiyyat dillər kafedrasında müəllimlər Nuranə Allehverdiyeva və Yadulla Ələkbərovun yazdığı elmi işlərin müzakirəsi keçirildi. Müzakirə hibrid – canlı və onlayn formatında keçirildi. Müzakirəni Kafedra müdiri dos.Gülşən Ağabəy açıq elan edərək gənc tədqiqatçıların işinə uğurlar arzulayıb.
Müzakirədə həmçinin filialın Tədris və elmi işlər üzrə direktor müvini t.ü.f.d.İsmayıl Mahmudov, Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, Ped.üz.fəl.dok.,dos Adil Balıyev, Fil. üz.fəl.dok Vüqar Teymurxanlı , müəllim Nuranə Allahverdiyeva, müəllim Yadulla Ələkbərov , “Azərbaycan dili ədəbiyyat müəllimliyi” ixtisasının tyutoru Xəyalə Qədməliyeva iştirak ediblər.
Müzakirəyə ADPU-nun Elmi təşkilati şöbəsinin müdiri prof İbrahim Bayramov, şöbənin mütəxəsisi Zenfira Seyidova onlayn şəkildə qoşulmuşdular.
Ədəbiyyat dillər kafedrasının müəllimi, Bakı Avrasiya Universitetinin Doktorantı Nuranə Allahverdiyevanın müzakirəyə təqdim etdiyi mövzu “Orfoepiyanın fonetika ilə əlaqəli tədrisi”adlanır. N Allahverdiyevanın işinə p.f.d., dos.Adil Balıyev , f.f.d.,b/m Vüqar Teymurxanlı rəy vermişdilər. Müzakirədə əvvəlcə Nuranə Allahverdiyeva elmi işi haqqında qısa məlumat verdi. Elmi işə rəy verən alimlər bu mövzunun aktuallığından, problemli və zidiyyətli məqamlarından, N.Allahverdiyevanın mübahisəli məsələləri seçib qruplaşadırmasından, Azərbaycan dili tədrisini daha səmərəli qurmaq yollarından, orta məktəbdə orfoepiyanın tədris səviyyəsindən, məqsəd və vəzifələrindən və.s məsələlərdən bəhs olunduğunu diqqət çatdıraraq bu iş haqqında müsbət fikirlərini bildirdilər.
İclas iştirakçıları N.Allahverdiyavının “Orfoepiyanın fonetika ilə əlaqəli tədrisi” mövzusunda yazdığı elmi işi müsbət qiymətləndirdilər.
Müzkirəyə təqdim olunmuş ikinci elmi iş kafedranın 0,5 şt müəllimi Bakı Avrasiya Universitetinin doktorantı Ələkbərov Yadullanın “ Nağıllarda mifik əşya personajları”mövzusunda yazdığı elmi işdir. Y.Ələkbərovun elmi işinə rəy verən onun elmi rəhbəri professor Seyfəddin Rzasoy və filialın Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlıdır. Əvvəlcə elmi iş haqqında Yadulla müəllim özü çıxış etdi, sonra isə S.Rzasoy və R.Qafarlının rəyləri oxundu . Y.Ələkbərovun yazdığı elmi işinin rəyçisi prof.S.Rzasoy: “Tədqiqat işi zəngin və elmi ədəbiyyat əsasında yazılmışdır. Ayadınlaşdırmışdır ki, nağıllar zəngin obrazlar sisteminə malikdir. Bu obrazların hamısı mifik mənşəli deyildir.”fikirlərini ifadə etməklə elmi işin zənginliyindən , bədii əsərlərdə nümunələr gətirilməsindən məlumat verərək müsbət fikrini bildirir. Eyni ilə ikinci rəyçi prof.R Qafarlı da elmi işin müsbət məziyyətlərini ön plana çəkmişdir. Kafedra müdiri dos G. Ağabəy də Y. Ələkbərovu bacarıqlı , işinə məsuliyyətlə yanaşan sənətini sevən gələcəkdə mükəmməl folklorşünas alim olacağını vurğuladı. Beləliklə Yadulla Ələkbərovunda yazdığı elmi iş müsbət qiymətləndirdi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?