Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında f.e.d., dos. Y.İ.Alıyevin direktor təyin edilməsinin 4 illiyi ilə bağlı olaraq, filialın Heydər Əliyev Lektoriyasında tədbir keçirildi.

07.09.2023
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında f.e.d., dos. Y.İ.Alıyevin direktor təyin edilməsinin 4 illiyi ilə bağlı olaraq, filialın Heydər Əliyev Lektoriyasında tədbir keçirildi.

Tədbir, direktor f.e.d. Yusif Alıyevin yeni tədris ili münasibəti ilə işçiləri təbrik etməsi ilə başlandı. Qeyd olundu ki, bu müddət ərzində bir sıra uğurlu işlər əldə edildi. Kollektivin sağlam ortamı təşkil olunub, insani, doğru münasibətlər ön plana çıxdı. Filialın tərkibində fəaliyyət göstərən şöbələr filial nəaliyyətləri uğrunda çalışır. Filialda gənclər hərəkatı önəm daşıyır. Gəncləşmə və müdrikləşmə prosesləri paralel olaraq aparılır.

F.e.d. Y.İ. Alıyev qeyd etdi ki, bugün əldə edilən uğurlar kollektivlə birgə əməyin sayəsindədir. Bütün kollektiv, başda rəhbərlik olmaqla əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin ətrafında inamlı addımlar atmaq üçün səy göstərir. Çünki ölkədə təhsilimiz daim qayğı ilə əhatə edilib.Prezident İlham Əliyevin Sərəncamı ilə Quba RİH Başçısı təyin edilən cənab İlqar Mahmudovun da əvvəllər təhsil sahəsində çalışması ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqətin bariz nümunəsidir.

Sonrakı çıxış üçün söz Tədris və elmi işlər üzrə direktor müavini t.ü.f.d. İ.Ş. Mahmudova verildi. O, da öz növbəsində qeyd etdi ki, filialda mədəni-əxlaqi, sosial – psixoloji mühit yaradılıb. Şimal regionunda mədəniyyət mərkəzi kimi tanınmışıq. Bundan sonra da bu istiqamətdə işlər sürətlə davam etdiriləcəkdir.

Daha sonra uyğun olaraq, direktor köməkçisi M.C.Əliyev, Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d A. B. Şeydayeva da öz təbriklərini və arzularını dilə gətirərək qeyd etdilər ki, universitet elə bir müəssisədir ki, burda fərdi maraqlardan çox ümumi maraqlar var və filialın kollektivi məhz bunun uğrunda çalışır.

Qeyd edək ki, Maliyyə şöbəsinin baş mühasibi M. Malıyevanın doğum günü də təbrik edildi. Ona işində müvəffəqiyyətlər arzu edildi. Filial rəhbərliyi və kollektiv adından hədiyyə kitab və gül dəstəsi təqdim olundu.Vurğulandı ki, M.Malıyeva 31 ildir ki, bu filialda məsuliyyətlə öz işinin öhdəsindən gəlir.

Filialın direktoru dos.Y.İ. Alıyev Mahirə xanımın yüksək insani keyfiyyətlərə məxsus şəxsiyyət olduğunu qeyd etdi.

Təbdirdə çıxış edən: Ədəbiyyat və dillər kafedrasının baş müəllimi E. Şeydayev, laborant A. Dadaşova, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini N. Bayramova, dekanlığın operatoru N.Şirinova, tyutorlar – N.K. Mikayılova, İ.T. İsgəndərova, G.T. Məlikli, Maliyyə şöbəsinin mühasibi M. Ağasıyeva, İR şöbəsinin mütəxəssisi M.Məmmədova, Dekanlığın əməkdaşı İ.Cümşüdova, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi E. Yarməmmədov, H. Əliyev lektoriyasının müdiri L. Nurullayeva, Tədris şöbəsinin operatoru F. Allahverdiyeva da öz növbələrində çıxış edərək, direktor Y.İ.Alıyevə gələcək fəaliyyətində uğurlar arzu etdilər.

Sonda xatirə şəkil çəkdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?