ADPU-nun Quba filialında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir

14.12.2023
ADPU-nun Quba filialında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir

11 dekabr 2023-cü il tarixdə ADPU Quba filialında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbiri giriş sözü ilə açıq elan edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev iştirakçılara Ümummilli Lider Heydər Əliyev irsi haqqında geniş məlumat vermiş, yarışda hər birinə uğurlar arzulamışdır.

Gərgin mübarizə nəticəsində “Prometey” komandası I yeri qazanmışdır.

Sonda qalib komandalar müvafiq dərəcəli diplom və medallarla, fərqləndirici yeri tutan komanda isə fəxri fərmanla təltif edilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?