ADPU-nun Quba filialının tələbələri  ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən “Azərbaycanı tanıdın” mövzusunda esse müsabiqəsində iştirak edib

08.06.2023
ADPU-nun Quba filialının tələbələri  ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən “Azərbaycanı tanıdın” mövzusunda esse müsabiqəsində iştirak edib

          “Terra Travel” tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanı tanıdın” mövzusunda esse müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi tələbələrə ölkəmizin turistik məkanlarını tanıtmaq, yaradıcı yazı qabiliyyətlərini təkmilləşdirmək, bilik və bacarıqlarını ifadə etməkdə özünə inam qazandırmaq olub.

       Müsabiqəyə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələr qatıla bilib. Müsabiqə “Terra Travel ” MMC tərəfindən Bakı Avrasiya Universitenin təşkilati dəstəyi ilə təşkil olunub. Müsabiqəyə filialdan 5 tələbə qatılıb, onlardan 1 nəfəri mükafatlandırma mərasimində iştirak edib, Sertifikata layiq görülüb.

Bədəlova Şahsənəm – ADPU-nun Quba filialı, Humanitar və sosial elmlər fakültəsi, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası

Orucova Nərmin – ADPU-nun Quba filialı, Humanitar və sosial elmlər fakültəsi, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası

Ağayeva Günay – ADPU-nun Quba filialı, Humanitar və sosial elmlər fakültəsi, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası

Xəlilova Əminə – ADPU-nun Quba filialı, Humanitar və sosial elmlər fakültəsi, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası

Babayeva Səfurə – ADPU-nun Quba filialı, Humanitar və sosial elmlər fakültəsi, “İbtidai sinif müəllimliyi” ixtisası

Müsabiqə onlayn esse qəbulu ilə keçirilir. Müsabiqə üçün esselər “Terra Travel” MMC-nin müəyyən etdiyi tarixlərdə – 16 may 2023 tarixindən 26 may 2023 tarixinədək qəbul edilib. Mükafatlandırma mərasimi 6 iyun 2023-cü il tarixində Bakı Avrasiya Universitetində baş tutub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?