“Böyük Zəfərin Kəlbəcər səhifəsi”

26.11.2023
“Böyük Zəfərin Kəlbəcər səhifəsi”

25 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Heydər Əliyev İli çərçivəsində və 25 Noyabr Kəlbəcər Günü ilə əlaqədar Riyaziyyat və təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə “Böyük Zəfərin Kəlbəcər səhifəsi” mövzusunda tədbir keçirilib.

ADPU-nun Quba filialının Tarix coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Aygün Seyfullayevanın moderatorluğu ilə keçirilən tədbir

Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Tədbirdə Yusif Alıyev – Fizika elmləri doktoru, dosent, Qabaqcıl təhsil işçisi, ADPU-nun Quba filialının direktoru açılış nitqi ilə, Təhminə Əliyeva – tarix üzrə fəlsəfə doktoru, Filialın Humanitar elmlər kafedrasının müəllimi “Xoş gəldin Kəlbəcər!”, Nurlan Qəribov – Coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbəsi “Kəlbəcər rayonunun coğrafiyası”, Aygün Seyfullayeva – Filialın tarix və coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi “Kəlbəcər rayonunun tarixi abidələri” mövzusunda çıxış edib. Sonda Kəlbəcər rayonundan olan tələbələrin çıxışları dinlənilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?