15 İyun Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə” adlı praktik konfrans keçirilib

16.06.2022
15 İyun Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə” adlı praktik konfrans keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə filialın Heydər Əliyev lektoriyasında 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə” adlı praktik konfrans keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin qorunması yolunda ömrünü xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin və azadlığımız, ərazi bütövlüyümüz uğrundan canından keçən qəhrəman oğul və qızlarımızın, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev ”Böyük missiyanın tarixi” adlı məruzə ilə , Quba filialının Sosial humanitar məsələlər üzrə prorektoru p.ü.f.d Aysel Şeydayeva “Ulu öndər Heydər Əliyev haqqında tədqiqatlarımız, görkəmli şəxsiyyət haqqında bilinən gerçəkliklər” adlı çıxış ilə, Quba filialının Gənc Alim və Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov ”Heydər Əliyevin Azərbaycan elminin inkişafında xidmətləri təhsil ictimaiyyəti üçün yol xəritəsi oldu”adlı ,Filialın Heydər Əliyev lektoriyasının rəhbəri Leyla Nurullayeva “Heydər Əliyev və respublikamızda gənclər siyasəti” adlı çıxışlarla davam etdirib. Ulu Öndər haqqında çıxışlarda qeyd olunub ki, tarix sürətlə irəliləyir. Müstəqil Azərbaycan dövlətinin, cəmiyyətinin keçdiyi mərhələləri lazımi incəliklərinə qədər yadda saxlamaq elə də asan deyil. Lakin ötən vaxt və zaman kəsiyində 1993-cü il iyunun 15-dən — Qayıdış günündən başlanan, bu gün də davam edən, gələcəkdə də davam edəcək bir Heydər Əliyev mərhələsi var ki, onu sadəcə unutmaq mümkün deyil. Məşhur mütəfəkkir V.Qjeşik deyirdi: “İnsanlar iki kateqoriyaya bölünür. Birinciləri unutmaq istəmirlər, ikinciləri unuda bilmirlər”.Həqiqətən də bu gün Heydər Əliyevin layiqli davamçısı Cənab Ali Baş Komandan İlham Əliyevin də yürütdüyü siyasət, atdığı düşünülmüş addımlar, onun rəhbərliyi ilə xalqımızın əldə etdiyi möhtəşəm Zəfər bunu bir daha sübut edir ki, Heydər Əliyev Azərbaycan tarixində, Azərbaycanın inkişafında əvəzsiz rolu olub.
Sonda İKT şöbəsinin müdir müavini Hikmət Musayevin hazırladığı Ulu öndər Heydər Əliyevə həsr edilən videoçarx nümayiş olunub.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?