Xaricdə təhsil – Təhsil naziri olmaq istəyən müəllim

15.04.2024
Xaricdə təhsil – Təhsil naziri olmaq istəyən müəllim

Hörmətli Cənab,

Hazırkı nazirin müəllimlərə ünvanladığı təhqiramiz fikirlər keyfiyyətli dərs demək inamımız və azadlığımızı sarsıtdığına görə bu məktubu təhsil naziri olmaq arzusu ilə yazıram.

Məxfi müəllim

Hörmətli Cənab,

     Mən bu məktubu təhsil naziri olmaq arzusu ilə yazıram.

     Mən orta məktəbdə A- səviyyəsinə qədər bütün qruplarda dərs deyərək altı il ingilis dili müəllimi işləmişəm. Sinif rəhbəri olmuşam və təhsil şöbəsinin, məktəb və şagirdlərin xeyirinə olaraq peşəkarlığımın təkmilləşməsi üçün müxtəlif imkanlardan istifadə etmişəm. Məhz təcrübəm, biliyim və təhsil işinə yaxşı bələd olduğuma görədir ki, özümü təhsil naziri postuna tam layiq bilirəm. Yazdığım məktub dediklərimi sübut etməklə yanaşı, Birləşmiş Krallığın təhsil naziri kimi mənim planlarımı da işıqlandıracaq.

     Hamımız razılaşarıq ki, təhsilin ən əhəmiyyətli aspekti şagirdlərdir. Müəllimlər mümkün ən yaxşı təhsilı təmin etmək üçün yorulmadan çalışırlar. Onlar şagirdləri maraqlandıran və onların hər fənn üzrə inkişafını nümayiş etdirməyə inkan verən dərs planı hazırlamaq və yoxlama işlərinə saatlarala vaxt sərf edirlər. Uşaqları öz gələcəklərinə hazırlamaqda müəllimlərə etimad göstərmək ölkənin əsas marağına xidmət edir.

     Lakin ötən iki il ərzində hazırkı nazirin müəllimlərə yaratdığı manelər və ünvanladığı təhqirlər keyfiyyətli təhsil verməyimiz üçün özümüzə güvənməyimizi, qabiliyyət və azadlığımızı alt-üst etmişdir.  PGCE* təhsilimdən bəri hökumətin irəli sürdüyü çoxsaylı yeni planlar haqqında adi təəssüratlara əsaslan biliyim məndə belə bir unikal anlayış yaratmışdır ki, həddindən artıq sistemlər müəllimlərin diqqətini şagirdlərindən yayındırır, onalrı daha çox öz işlərində qalmaq naminə lazımsız və mürəkkəb işlərlə məşğul olmağa məcbur edir.

     Yeni nazir kimi mən bütün bu yeniliklərə son qoyub, mövcud sistemlərin uğur və ya uğursuzluq gətirdiyini dəyərləndirmək üçün vaxt qazandırmaq istərdim. Əhəmiyyəti olanlar qalır, digərlərindən imtina. Hər bir yenilik, öz ambisiyası və maaş səviyyəsi deyil, maraq dairəsi Birləşmiş Krallığın şagirdlərini əhatə edən,  müəllimlər, təhsil işçilərindən ibarət komitə tərəfindən irəli sürüləcək.

     Hökumət sinifdə kamallı və savadlı müəllimlərin olmasının əhəmiyyətini başa düşür, elə buna görədir ki, son zamanlar tədris işinə ən yaxşılar, ən bacarıqlılar  cəlb olunur. Mənim keçmiş akademik fəaliyyətim genişdir – on üç il orta məktəbdə işləyərək dörd dərəcə almışam. Öz təhsilimdən istifadə etməyin ən yaxşı yolunu təhsilə qayıtmaqda, bilik və təcrübəmi nəsillərə ötürməkdə görmüşəm. Hazırkı nazir bir həqiqəti dərk edə bilmir ki, əsas diqqət əslində təhsilə ən yaxşıları gətirməyə deyil, təcrübəli müəllimləri sinifdə necə saxlamağa yönəldilməlidir.

Bu məqsədlə, təhsil naziri kimi, mən aşağıda planlarımın icmalını yazmışam:

 – Bu nazirliyi siyasi gündəmdən tamamilə çıxarmaq. Hamımız razılaşarıq ki, uşaqların təhsili fundamental məqsəddir və onlar hansısa bir siyasətçinin ambisiyasından əziyyət çəkməməlidirlər.

 – Bu ölkədə təhsili stabilləşdirdikdən sonra istərdim ki, təhsil nazirliyi namizədlərin ən azı beş il müəllimlik təcrübəsi olmaq şərtilə seçkili, bitərəf bir vəzifə olsun.

 – Müəllimin dərs demək və qiymətləndirmək qabiliyyətlərinə inam yaratmaqda faydası və ya əhəmiyyəti olmayan bütün gərəksiz təhsil direktivlərini ləğv etmək.

 – Milli əmək haqqı şkalasını bərpa etmək nə qədər tez olarsa yaxşıdır və əvvəlki pensiya sisteminə qayıtmaq. Öz gələcəklərinə ümidləri az olan müəllimlərin sinif otaqlarında ən yüksək standartlı  resurs və təlimi təmin etməyə əmin olmalarına az vaxt qalır.

 – Müəllim tərəfindən həyata keçirilən illik fəaliyyətə əsaslanan, şagirdin növbəti pilləyə keçdiyini və ya həmin ilin qrupunda qalacağını müəyyən edən yekun qiymətləndirməyə qayıtmaq. “Sinifdə qalan olmamalıdır” başdan-başa zərərlidir, çünki biz bununla uşaqların təhsildə ən aşağı bilik səviyyəsi ilə irəliləmələrinə şərait yaradırıq. Bu, hər kəsin gələcəyinə əvvəlcədən nəzərə alınmayan bir halda təsir edir.

 – Məktəbin uğurunu ölçmək vasitəsi kimi yarış cədvəllərini ləğv etmək. Məktəblər biznes deyil və bundan belə biznes modelinə uyğun fəaliyyət göstərməyə məcbur edilməməlidirlər.

 – Əgər hazırkı nazir müəllimlər haqqında söylədiyi xoşagəlməz fikirlərindən daşınmazsa, ümumiyyətlə  müəllim qalmayacaq; mövcud müəllimlər peşələrini tərk edəcək, yeniləri də təlim işinə heç qoşulmayacaq. Bu nazir məktəblərin bağlanmasına və ölkədə təhsilin tam iflasına xidmət edir.

 – İnanıram ki, təhsil sahəsində qazandığım təcrübə məni bu ölkənin ən layiqli təhsil naziri olmağa hazırlamışdır. Mənim təhsil haqqında baxışım bundan ibarət olub və yenə belə olacaq, nəticədə öz məsuliyyətlərini dərk edən, fəaliyyətlərinin hansı nəticələri verəcəyini görən, özlərinə və bütün Britaniya cəmiyyətinə faydalı olmaq məqsədilə çalışan üzvlərdən ibarət azad fikirli cəmiyyət yaranacaq.

PGCE* (pii cii sii ii) Böyük Britaniyada universitet təhsilindən sonra aldığı elmi dərəcə (‘Postgraduate Certificate in Education’)

“The Gardian” qəzeti

İngiliscədən çevirdi:

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?