ADPU-nun Quba filialının kollektivi şəhidi Nuran Mirzəyevin ailəsini ziyarət edib.

21.10.2023
ADPU-nun Quba filialının kollektivi şəhidi Nuran Mirzəyevin ailəsini ziyarət edib.

ADPU-nun Quba filialının kollektivi Quba rayonun Qımıl kəndindən olan, 44 günlük Vətən müharibəsi şəhidi Nuran Akif oğlu Mirzəyevin məzarını və ailəsini ziyarət edib.

Oktyabr ayının 20-də Quba filialının əməkdaşları Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmiş Nuran Akif oğlu Mirzəyevin Anım günü münasibətilə həm Şəhidin uyuduğu məzarını, həm Şəhidin adına qurulmuş bulağı, həm də Şəhidin valideyinlərini ziyarət ediblər. Görüşdə fililalın əməkdaşları direktor müavini t.f.d. İsmayıl Mahmudov, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan vəzifəsini m.i.e. Nübar Bayramova, baş müəllim Rahib Sədullayev, Təcrübə üzrə rəhbər Şəhla İsmayılova, dekanlığın əməkdaşı Nəhayət Şirinova, Tədris şöbəsinin əməkdaşı Fatimə Kiçibəyova və Filialın Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyasında təhsil alan Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələri iştirak etmişlər.

Filialın əməkdaşlarını səmimi qarşılayan şəhid valideynləri Akif ata və Təranə ana filialın əməkdaşlarına direktor dosent Yusif Alıyevin şəhid ailələrinə qarşı göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.

Nuran Mirzəyevin məzarını ziyarət etdikdən sonra adına tikilmiş, cənnəti xatırladan bulağı da ziyarət edən filialın tələbələri orada şeirlər söyləyib, çıxış edib, Nuran Mirzəyevin timsalında bütün şəhidlərimizin ruhuna dualar söyləyiblər.

Qeyd edək ki, ADPU-nun Quba filialının əməkdaşları mütamadi olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanırlar.

P. S. Şəhid Nuran Mirzəyev 27 iyul 1999-cu ildə Quba rayonunun Qımıl kəndində anadan olub. Həqiqi hərbi xidmətini iki il əvvəl başa vuran Nuran səfərbərlik çağırışı əsasında Vətən müharibəsinə yollanıb. O, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 21 yaşlı qəhrəman 2020-ci il oktyabrın 19-da Qubadlının azadlığı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?