Fəxri qonaqlar ADPU Quba filialında son dövrlər yaradılmış yenidənqurma işləri ilə tanış olublar

26.06.2022
Fəxri qonaqlar ADPU Quba filialında son dövrlər yaradılmış yenidənqurma işləri ilə tanış olublar
Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi professor
Elçin İsgəndərzadə 24 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə tanış olub, filialın direktoru dos.Yusif Alıyevə filialda son dövrlərdə yaratdığı hərtərəfli şəraitə, təlim, təhsil tərbiyə mühitinə görə, uğurlu idarəetməsinə görə təşəkkür və heyranlıqlarını çatdırıb.
Əvvəlcə professor Elçin İskəndərzadə filialın Kitabxana və elektron resurslar şöbəsində olub,şöbə müdiri Samirə Hacıyevadan filialın kitabxana fondu haqqında məlumat əldə edib, daha sonra 200 müxtəlif adda kitabını filial kitabxanasının oxucularına hədiyyə edib.
Daha sonra filialda yeni yaradılan İnformasiya Kommunikasiya Laboratoriyası ilə tanış olub, İKT şöbəsinin müdiri Yusif Abayev filialdakı auditoriyalarda olan elektron lövhələr, kompüterlər, fiberoptik internet şəbəkəsi haqqında danışıb, daha sonra İKT şöbəsinin müdir müavini Hikmət Musayev tərəfindən hazırlanan “Şuşadan başlanan əzəmət” adlı videoçarx nümayiş olunub.
Daha sonra prof.Elçin İskəndərzadə filial rəhbərliyi ilə birlikdə auditoriyalar, guşələr , zallar, filialın idman meydançası ilə tanış olub.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?