2022/2023-cü tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına yüksək balla daxil olan tələbələrlə görüş keçirilib

17.09.2022
2022/2023-cü tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına yüksək balla daxil olan tələbələrlə görüş keçirilib

Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev 2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən ADPU-nun Quba filialını seçən, 500-dən yuxarı bal toplayan gəncləri və onların valideynlərini təbrik edib, onlara gələcək tələbə həyataında uğurlar arzulayıb.
Qeyd edib ki, tələbə adını qazanmış abituriyentlərin bu uğuru valideynlərin ailədə yaratdığı sağlam təhsil və tərbiyə mühitinin və onların fədakar əməyinin nəticəsidir. İnanıram ki, ADPU-nun Quba filialının tələbəsi olmuş gənclər bizim universitetdə ölkəmizin uğurlu gələcəyi naminə mükəmməl şəxsiyyət və əsl vətəndaş kimi yetişəcək, üzərinə düşən məsuliyyəti dərk edərək, tədris, tərbiyə proseslərinin tələblərini yerinə yetirəcək, elmi biliklərə yiyələnərək müstəqil Azərbaycanın mənəvi və əxlaqi dəyərlərə malik nümunəvi gənc kimi hər kəsə örnək olacaq.
Sonda tərbiyəli, savadlı, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsində göstərdiyiniz faydalı əməyə görə Sizə və ailənizə ADPU-nun Quba filialının professor-müəllim heyəti adından dərin təşəkkür və minnətdarlığını bildirib.
Vurğulayıb ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkələrin təhsil səviyyəsi, xüsusən də ali məktəblərinin inkişafı ilə müəyyən edilir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür. Bu tədbirlərin filialda da həyata keçirildiyini diqqətə çatdırıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?