ADPU-nun Quba filialında keçirilən Beynəlxalq simpozium bölmə iclasları ilə davam edib

17.06.2023
ADPU-nun Quba filialında keçirilən Beynəlxalq simpozium bölmə iclasları ilə davam edib

Quba Rayon İcra Hakimiyyətinin, Xəzər Universitetinin, MUSIAD Azərbaycanın və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium plenar iclasdan 3 bölmədə işini davam etdirib. Bölmə iclaslarında professor Asəf Zamanov, professor Müseyib İlyasov, professor Fərrux Rüstəmov, f.e.d Yusif Alıyev də iştirak edib. Bölmə iclaslarında moderatorlar Xəzər Universiteti, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli, Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu, ADPU-nun Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Dr. Pərvanə Rzayeva, Beynəlxalq münasibətlərin təhlili mərkəzinin şöbə müdiri Dr. Cavid Vəliyev olub. Bölmə iclaslarında 10-dan çox məruzə dinlənilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?