ADPU-nun Quba filialında “Stipendium Hungaricum in Azerbaijan” layihəsinin təqdimatı keçirilib.

07.10.2023
ADPU-nun Quba filialında “Stipendium Hungaricum in Azerbaijan” layihəsinin təqdimatı keçirilib.

Macarıstan Respublukasının təqaüd proqramı “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında təqdimat keçirilib.

Tədbiri filialın direktoru dosent Yusif Alıyev açıq elan edərək Azərbaycan və Macarıstan arasında olan mədəni əlaqələrdən, tarix oxşarlıqlardan danışaraq qeyd etdi ki, Macarstan Respublikasının elm və təhsil sahəsində əldə etdiyi böyük uğurlar bizi çox sevindirir. Ona görə də bu ölkənin təqaüd proqramı ilə macar universitetlərində təhsil almağa bizim gənclər çox maraqlıdır.

Macarıstanın Azərbaycandakı Səfirliyinin təhsil və mədəniyyət üzrə attaşesi Monika Felföldi tələbərə bildirdi ki, görüşün məqsədi məzunların təcrübə və karyera imkanlarını region universitetlərində təhsil alan tələbələrlə bölüşməkdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ruqiyyə Ağamalıyeva çıxış edərək Hökümətlərarası Təqaüd Proqramı haqqında tələbələri məlumatlandırmaqla yanaşı, onları maraqlandıran sualları da cavablandırdı.

Daha sonra Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin (AHAU) rəhbəri Günay Bayramova Macarıstanda oxumaqdan və yaşamaqdan danışdı.

Görüş Macarıstan haqda kviz (viktorina) ilə sona çatdı.
Sonda xatirə şəkilləri çəkdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?