“Regionlarda ali təhsil: reallıqlar və perspektivlər”

18.11.2023
“Regionlarda ali təhsil: reallıqlar və perspektivlər”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə hərs olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” III Beynəlxalq elmi konfrans bu gün yekunlaşıb

5 fərqli ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Şimali Kipr, Moldova) 9 universitetinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Qars Kafkas Universiteti, Kiriniya Amerikan Universiteti, ETN Coğrafiya İnstitutu, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət, Kişinyov Dövlət Pedaqoji Universiteti, Kültür ve Turizm bakanlığı Mersin Arxeoloji Müzeyi) dəstəyi ilə təşkil olunan Beynəlxalq konfransın Elmi Təşkilat Komitəsinə 104 məqalə təqdim olunmuş, onlardan 82 məqalə məruzə üçün qəbul edilmişdir.

Plenar iclasdan sonra bölmə üzrə çıxışlar dinlənilib.

Professor Fərrux Rüstəmov, dosent Gülşən Ağabəy və Sərxan Qəribovun moderatorluq etdiyi birinci bölmədə 22 iştirakçının, professor Museyb İlyasov, baş müəllim Pərvanə Rzayeva və Taleh Dadaşovun moderatorluq etdiyi ikinci bölmə üzrə isə 20 iştirakçının məruzəsi dinlənilib. 18 noyabr tarixində isə dos.Müjgan Məmmədzadə, Sərxan Cəfərov, Hikmət Musayevin moderatorluq etdiyi bölmədə 32 nəfər iştirakçının məruzəsi onlayn qaydada dinlənilib.

Bölmə iclaslarının sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, konfransın 17 noyabr tarixində oflayn şəkildə təşkil olunmuş bölmələrində 44 nəfər, 18 noyabr tarixində onlayn təşkil olunmuş bölmədə isə 32 nəfər çıxış edərək elmi-tədqiqat işləri haqqında bilgilər vermişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?