ADPU-nun Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib

26.04.2022
ADPU-nun Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib

25 aprel tarixində  Dünya Gənc Türk Yazarlar Birliyinin başkanı İntiqam Yaşar, birliyin idarə heyətinin üzvü Habil Rzanur, şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, Qubalı yazar Murad Muradov, yazar Ceyhun Ağabəyov və Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əhməd Nurullayev ilə filialda görüş keçirilmişdir. Görüşdə filialın direktoru dosent Yusif Alıyev, filialın tələbləri və müəllimləri iştirak etmişlər.

Dos.Y.Alıyev başda görüşdə iştirak edən qonaqları və tədbirin digər iştirakçılarını salamlayaraq, bugünkü görüşün “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətin təşkili” layihəsi çərçivəsində ərsəyə gəldiyini bildirmişdir. Xüsusilə günümüzdə mütaliənin nə dərəcədə önəmli olduğundan danışan direktor bildirmişdir ki, mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir. O, gəncləri nəinki bədii qiraətlə  məşğul olmağa, həmcinin onları yazıb-yaratmağa səslədi. Əlavə olaraq, DGTYB-nin beynəlxalq hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum olduğunu bildirərək, sözü birliyin rəhbəri İntiqam Yaşara vermişdir.

İ.Yaşar tədbirdə iştirak edən hər bir kəsi salamlamış və bugünki görüş üçün şərait yaradıldığına görə dos. Y.Alıyevə öz dərin minnətdarlığını bildirmişdir. Təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verən rəhbər DGTYB tərəfindən hazırlanan “Gəncliyin sözü” kitabını təqdim edib. “Gəncliyin sözü”nün gənclərin bədii yaradıcılıq nümunələrindən ibarət olduğunu deyərək, bu kitabda toplamda 55 gənc yazarın müxtəlif mövzularda əsərlərinin toplandığını qeyd etmişdir.

Daha sonra tədbirin digər əziz qonaqları da öz çıxışlarını edərək, bir-birindən müxtəlif şeir parçaları səsləndirmişlər. Tədbirin ilərləyən dəqiqələrində tələbələr də şeirlərlə çıxış etmişdir.

Tədbirin sonunda Nizami Gəncəvi ilinə həsr olunan “Nizami Gəncəvi-irsi və gənclik” kitabı, həmin kitabda ötən il məqalələri çap olunan filialın müəllimi Nuranə Allahverdiyeva və  filialın Azərbaycan dili və ədəbiyyat ixtisasının  2-ci, 3-cü kurs tələbələrinə hədiyyə olunmuşdur. Bu kitab N.Gəncəvi və onun əsərlərində gənclərə münasibət və s. kimi aktual problemləri özündə birləşdirir.

DGTYB-nın rəhbəri İ.Yaşar sonda  bu layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə direktor Y.Alıyevi və R.Qusarçaylını təltif etmişdir.

Görüşün sonunda xatirə şəkili çəkdirilmişdir.

Qeyd edək ki, DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluğunda düzənlənən onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib. Birliyin türk ölkə və topluluqlarında təmsilçiləri fəaliyyət göstərir. Təşkilat olaraq “Dünya Gənc Türk Yazarlar Birliyi” Türk dünyasında gənc yazarların 2007-ci il 2 fevral günü “Gənclər mükafatı”na layiq görülüb. Dünya Gənc Türk Yazarlar Birliyinin seçkili orqanlarında təmsil olunan üzvlərinin hamısı Azərbaycanın və digər türk ölkə və topluluqlarının diplom və fəxri fərmanlarına layiq görülüb. DGTYB Qırğız Respublikasının Milli Yazıçılar Birliyi, Özbəkistan Respublikasının “Gənc Yaradıcılar Birliyi” və s. qurumlarla birgə əməkdaşlığa dair Memorandumlar imzalayıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?