Tələbə İnkişaf Platforması çərçivəsində növbəti görüş ADPU-nun Quba filialında keçirilmişdir.

14.04.2023
Tələbə İnkişaf Platforması çərçivəsində növbəti görüş ADPU-nun Quba filialında keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Azərbaycan Dövlət Pedeqoji universitetin Quba filialı ilə əməkdaşlığı çərçivəsində “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Azərbaycan Dövlət Pedeqoji Universitetinin Quba filialı tələbələri üçün təşkil edilən seminarda “Müsahibə texnikaları” mövzusu istiqamətində ətraflı məlumat verilmiş və filialın 200 tələbəsi seminarda iştirak etmişdir.

Seminarda tələbələrə “Əmək bazarı dəyərimizi necə artıraq?” , “Gələcəyin bacarıqları” mövzuları istiqamətində dolğun məlumatlar verilmişdir.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılmış, “Alo Karyera” dəstək xidməti, və “CV yarat” platforması barədə məlumat verilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?