“MULTİ gənclik” layihəsinə start verilib.

13.03.2023
“MULTİ gənclik” layihəsinə start verilib.
Layihənin ilk günü ADPU-nun Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini, Tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi, təlimçi Nübar Bayramova tərəfindən gənclərə “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda təqdimat nümayiş olunub.
Daha sonra isə təlimçi Ülvi Camalsoyun fasilitatorluğu ilə “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusunda təlim baş tutub. Təlim zamanı iştirakçılar üçün simulyasiyasiya oyunu təşkil olunub.
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation’nun gənclər təşkilatları üçün elan etdiyi 16- cı qrant müsabiqəsinin qalibi olan “MULTİ Gənclik” layihəsi Uğurlu Gələcək İctimai Birliyinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilir.Təlimdə həmçinin filialın fəal tələbələri də iştirak edir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?