“Erkən nigah insan alverinə şərait yaradan amillərdən biri kimi”

04.12.2023
“Erkən nigah insan alverinə şərait yaradan amillərdən biri kimi”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “Erkən nigah insan alverinə şərait yaradan amillərdən biri kimi” maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Filialın direktor köməkçisi Mürvət Əliyev tədbiri açıq elan edib, daha sonra Quba- Xaçmaz RGİİ əməkdaşı Mənsur Ağayev, İnsan Alveri qurbanlarına Yardım Mərkəzin Sosial işçisi Günel Əfəndiyeva, psixoloq Ülvi Zeynalov mövzu ətrafında çıxış ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?