“Ulu öndər Heydər Əliyevin Böyük Zəfər yolu”

03.11.2023
“Ulu öndər Heydər Əliyevin Böyük Zəfər yolu”

ADPU-nun Quba filialında Azərbaycanda Heydər Əliyev İli çərçivəsində və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Ulu öndər Heydər Əliyevin Böyük Zəfər yolu” mövzusunda tədbir keçirilib.

✅Tədbirdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Quba RİH məsul əməkdaşı Aynur Yəhyayeva, Azərbaycanın görkəmli şairi Ramiz Qusarçaylı, şəhid ailələri, qazilər, filialın professor-müəllim heyəti, tələbə kollektivi iştirak edib.

✅Tədbir Filialın Humanitar və sosial elmlər, Riyaziyyat və təbiət elmləri fakültələrinin və TGT təşkilatçılığı ilə ərsəyə gəlib.

✅Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca 8 Noyabr Zəfər Gününə həsr edilən videoçarx təqdim edilib.

Tədbiri giriş nitqi ilə açıq elan edən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev qonaqları salamlayıb, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli qurtuluşdan başlayan və Ali Baş Komandan İlham Əliyevin nəyi nə zaman edəcəyini bilən lider fəaliyyətinin nəticəsində zəfərə aparan yol və Zəfər Günü haqqında geniş məruzə edib.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə davam edən tədbir iki hissədən ibarət olub. Rəsmi hissədə Quba Rayon İcra Hakimiyyətinin məsul işçisi Aynur Yəhyayeva,

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, – Şəhid Miqdad Abduləlimovun atası Faiq Abduləlimov, Şəhid Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, Şəhid Seymur Qocayevin anası Rəsmiyə Qocayeva, Şəhid Tamerlan Əliyevin anası Zümrüd Əliyeva, Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev çıxış edib, çıxışlardan sonra isə qazilər 44 günlük Vətən müharibəsində iştirakına görə və ADPU-nun Quba filialında 8 Noyabr Zəfər Gününə həsr edilən “Ulu öndər Heydər Əliyevin Böyük Zəfər yolu” adlı tədbir münasibətilə Filialın direktoru tərəfindən Fəxri fərmanla təltif edilib.

Tədbirin bədii hissəsində Riyaziyyat və təbiət elmləri fakültəsinin və TGT təşkilatçılığı ilə hazırlanan aşağıdakı şeir və təqdimatlar yer alıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?