ADPU-nun Quba filialının əməkdaşları “Tarix yazan əbədiyaşar lider” mövzusunda keçirilən dəyirmi masada iştirak edib

17.10.2023
ADPU-nun Quba filialının əməkdaşları  “Tarix yazan əbədiyaşar lider” mövzusunda keçirilən dəyirmi masada iştirak edib

ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev 17 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda keçirilən dəyirmi masada çıxış edib

Qeyd edək ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər.

Tədbirdə çıxış edənlər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin olduqca zəngin, şərəfli və mənalı həyatı, onun titanik fəaliyyəti haqqında geniş danışmış, Ulu Öndər Heydər Əliyevin zəngin tarixi irsinin hər zaman ölkəmizin əldə etdiyi uğurlarda açar rolu oynadığını bildirmiş, bu uğurlu siyasətin nəticəsi kimi 15 oktyabr 2023-cü il tarixdə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin separatçılardan təmizlənmiş Xankəndi və digər şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq respublikamızın suverenliyinin təmin olunduğunu qeyd etmiş və qarşıdan gələn 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa iştirakçılarına təbriklərini çatdırmışlar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?