“Sağlam gələcək naminə narkotik vasitələrə yox deyək”

01.10.2022
“Sağlam gələcək naminə narkotik vasitələrə yox deyək”
ADPU-nun Quba filialında Quba Rayon İcra Hakimiyyəti, Quba Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə

devizi altında tədbir keçirilib.
Tədbirdə Quba Rayon Polis Şöbəsinin Rəis müavini Polis Polkovnik-leytenantı Vüsal Rüstəmov, Quba filialının direktoru dosent Y.Alıyev, Quba Rayon İcra Hakimiyyətinin hüquqşünası Qənbər Abdullayev, Polis kapitanı Orxan Şahmarov, Polis Baş Leytenantı Samir Aydəmirov, Polis leytenantı Coşqun İsmixanov, Polis Leytenantı Xəyal Talıbov, ADPU Quba filialının müəllim və tələbə heyəti iştirak edirdi. İlk olaraq Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən Vətən mücahidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Yusif Alıyev açaraq qonaqları və tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında geniş və məzmunlu çıxışında məlumat verdi.
Sonra çıxış üçün sözü Quba Rayon Polis Şöbəsinin Rəis müavini Polis Polkovnik-leytenantı Vüsal Rüstəmova verdi. Olduqca geniş, məzmunlu və maarifləndirici çıxışında Vüsal müəllim narkotik vasitələr, psixotrop maddələrin növləri, onların insan həyatına, insan sağlamlığına vurduğu zərəri açıqladı.Qeyd etdi ki, hər kəsə bəlli olduğu kimi bu gün ölkəmizdə narkotik vasitələrin əkilib, becərilməsi, istifadəsi, alışı və satışı hüquqi cəhətdən qadağandır və istifadəsi yolverilməzdir. Bu günki həyatımızda daha çox adı çəkilən və istifadəsinə, satışına cəhd göstərilən narkotik vasitələri sadalayan Vüsal müəllim eyni zamanda onlarla mübarizə aparmağın yollarından danışaraq tədbir iştirakçılarını məlumatlandırdı.
Vüsal müəllim eyni zamanda qeyd etdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər kəs səfərbər olmalıdır və polisə dəstək olmalıdır. Tədbirin gedişatında Quba Polisinin bu yöndə apardığı əməliyyat tədbirlərindən ibarət vidyo-rolik nümayiş etdirilərək faktlar əsasında bir daha bu bəlanın necə qorxunc olduğunu, artım göstəricisini və ən çox gənclər arasında yayıldığını vurğuladı. Təəssüf hissi ilə bildirdi ki, son zamanlar “patı”, “şüşə” adı ilə məşhur olan metafetaminin qadınlar arasında da istifadəsi halları çoxalmışdır. Sonda isə Vüsal Rüstəmov bütün bu vəziyyətlərdən çıxış yolu kimi maarifləndirmə tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğuladı.
Daha sonra çıxış üçün söz Quba Rayon İcra Hakimiyyətinin hüquqşünası Qənbər Abdullayevə verildi. O, da öz çıxışında bu məsələnin hüquqi tərəflərindən danışaraq, hər kəsi mübarizə aparmağa səslədi. Çıxış üçün söz alan ADPU Quba filialının müəllimi Eyvaz Şeydayev də bu məsələnin tarixinə səyahət edərək, “Tiryək müharibələri”-nin acı fəsadlarından bəhs edərək bunun necə dəhşətli bir bəla olduğunu vurğulamış və əlamətlərindən bəhs etmişdir.
Sonda tədbir iştirakçılarının sualları dinlənilmiş və Polis Polkovnik-leytenantı Vüsal Rüstəmov tərəfindən cavablandırılmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?