“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

ADPU-nun Quba filialında Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Gənclər və İdman İdarəsinin və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı Ustad dərsi keçirilib

Ustad dərsini Əməkdar mədəniyyət işçisi, Filialın Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Elza Orucova keçib, Ulu öndər Heydər Əliyevin həyatı, xalqına həsr etdiyi ömür səhifələri, uzaqgörən siyasəti, liderlik formulu, rəvan nitqi, hadisələri qavrama qabiliyyəti, miras qoyduğu müstəqil Azərbaycanın bu gün əmin əllərdə olması haqqında tarixi faktlar əsasında ətraflı məruzə ilə çıxış edib.

Daha sonra tədbirdə Quba Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d.Aysel Şeydayeva, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Zəminə Qayıbxanova çıxış edib, tələbələr Rəşidə Həsənova, Nurtəkin Məmmədova özlərinin Ulu Öndərə həsr etdikləri şeirləri səsləndiriblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?