TƏBRİK EDİRİK, QÜRUR DUYURUQ!

13.07.2023
TƏBRİK EDİRİK, QÜRUR DUYURUQ!

ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Ramazanova Asiman Rövşən qızı Erasmus KA1+ proqramı ilə Danimarkada Kopenhagen Universitetində dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, Danimarkada, Kopenhagen şəhərində yerləşən və ölkənin ən böyük ali təhsil müəssisəsi və Avropanın aparıcı elmi tədqiqat mərkəzlərindən biri olan Kopenhagen Universitetində dərslər Danimarka, ingilis və alman dillərində keçilir. Kopenhagen Universiteti Danimarka Krallığının fəxri hesab olunur.

✅Asiman Ramazanova: “Mən ADPU Quba filialının tələbəsi Ramazanova Asimanam. Ilk təhsilimi Bakı şəhərində yerləşən 16 saylı Texniki humanitar təmayüllü liseydə almışam. Həmişə uşaqlarla vaxt keçirməyi çox sevmişəm, elə məhz buna görə də İbtidai sinif müəllimliyini seçmişəm. Universitetdə semestr imtahanları zamanı ingilis dilindən yüksək nəticə göstərmişəm. Filialda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tələbələr arasında keçirilən Fənn olimpiadasında ingilis dili fənni üzrə 1ci yerə çıxmışam. Ailəmdə heç kimin ali təhsili yoxdur, buna görə də mənim ali təhsilli olmağımı istəyirdilər, ADPU-nun Quba filialı mənim arzularımın reallaşdığı, mənə dünyanın qapılarını açan məkan oldu. Etimadı bundan sonra da doğruldacağıma inanıram.”

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?