“31 mart – tariximizin qanla yazılmış səhifəsi” adlı videkonfrans keçirildi

“31 mart – tariximizin qanla yazılmış səhifəsi” adlı videkonfrans keçirildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP)  Binəqədi, Quba, Şamaxı, Qaradağ rayon təşkilatları ADPU Quba filialı ilə birgə “31 mart – tariximizin qanla yazılmış səhifəsi” adlı videkonfrans keçirilib. Onlayn qaydada təşkil olunan konfransda ərazi ilk partiya təşkilatlarının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransı YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov giriş sözü ilə açıb. Daha sonra 31 Mart Soyqırımı qurbanlarının, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın  xatirəsi birdəqiqəlik sükütla yad edilib.

Tədbirdə ADPU Quba filialının direktoru Yusif Alıyev, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri, Xocalı ictimai-birliyinin sədri, İrəvan teatrının direktoru və digərləri çıxış ediblər.

Bildirilib ki, tarixdə çox döyüşlər, müharibələr olsa da, onlardan ən dəhşətlisi hansısa millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən savaşlardır. Ən pisi isə odur ki, soyqırımı törədənlərin özləri ustalıqla maskalanır, əməllərini, vəhşiliklərini ört-basdır edirlər. Onlar dünya ictimaiyyətini çaş-baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür və nəsilləri bu ruhda tərbiyə edirlər. Məkrli “qonşularımız” da “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə məhz belə qırğınlar törədiblər. Sovet hakimiyyəti bu dəhşətli faciələri unutdurmağa çalışsa da, yaşlı nəslin qan yaddaşında bu faciələr həmişə qalıb. Tədbirdə həmçinin 31 Mart soyqırımı qurbanlarının xatirəsinin yad olunması istiqamətində görülməli olan işlərdən söz açılıb. Bildirilib ki, bütün cavabdeh təşkilat və qurumlar bu istiqamətdə səylərini birləşdirməlidirlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?