Xalqına Qələbə bəxş edən Prezident – İlham Əliyev!

10.01.2023
Xalqına Qələbə bəxş edən Prezident – İlham Əliyev!
XX əsr Azərbaycan tarixinin ən böyük şəxsiyyəti olan Heydər Əliyevin ideyaları onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən ləyaqətla və böyük uğurla davam etdirilir.Təsadüfi deyildir ki, Ulu Öndərimiz Heydər Əliyev 2003-cü il Prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına və YAP-na müraciət edərək cənab İlham Əliyevin yeni mərhələdə ölkəmizə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, bir sıra işlərin onun tərəfindən uğurla başa çatdırılacağını əmin etmiş “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdir. Azərbaycanın son 19 illik tarixi Ulu Öndərin bu seçimində yanılmadığını təsdiq etmişdir.İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyati ölkəmizdə yeni bir mərhələnin əsasını qoydu.Ölkəmiz öz siyasi-iqtisadi gücü, hərbi qüdrəti ilə yeni zirvələri fəth etməyə doğru inamla irəlilədi. Çünki o, dövlət başçısı olmazdan əvvəl çox mühüm vəzifələrdə – Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin üzvü kimi AŞPA-da ölkamizin nümayəndə heyətinin rəhbəri və Azərbaycan Respublikasının Baş Naziri kimi fəaliyyat göstərmiş, böyük idarəçilik səriştəsi əldə etmişdir.
31 oktyabr 2003-cü ildə keçirilən andiçma mərasimindəki nitqində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram, əminəm ki, ölkəmiz bundan sonra da ınkişaf edəcək müasir dövlətə çevriləcəkdir” deyən cənab İlham Əliyevin rəhbərliyi ilə son 19 il ərzində ölkəmiz bütün sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etmişdir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət kursu cənab İlham Əliyev tərəfindən dünyanın inkişaf proseslərinə uyğun yeniliklərlə davam etdirilmişdir.
Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şürasına qeyri-daimi üzv seçiImişdir. Prezident İlham Əliyev 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin böyük uğurlarından biri olmuşdur.
Cənab İlham Əliyev tərəfindan Ulu Öndərin azərbaycançılıq dövlətçilik, milli-mənəvi dəyərIərimiz, toIerant dövlət kimi dünyaya çatıdırılmışdır. Prezidentin qərarlarını va tapşırıqlarını həyata keçirən Azərbaycan Respublikasının Birinci vitse prezidenti, YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz beynəlxalq əməkdaşlıq və multikulturalizm, tolerantlıq məkanı kimi tanınmışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanın milli dəyərləri YUNESKO—nun mədəni iris siyahısına daxil edilmişdir.
Prezident cənab İlham Əliyevin Sərəncamları ilə 2016-cı il “Multikulturalizm 2017-ci il “İslam Həmrəyliyi ili”, 2018-ci il“ Azərbaycan Xalq Cümhuriyyəti ili, 2019-ci il “Nəsimi ili”, 2020-ci il “Könüllülər iii”, 2021-ci il isə “Nizami iIi”, 2022-ci il “Şuşa ili”, 2023-cü il isə “Heydər Əliyev ili” elan edilmişdir.
Ulu öndər tərəfindən hazırlanmış neft strategiyası,neft və qaz
kəmərlərininin işasının başa çatdırılması ilə cənab İlham Əliyev Azarbaycanın bölgədəki lider mövqeyini daha möhkəmIəndirmişdir. Prezident İlham Əliyevin müəllifi olduğu milli-inkişaf modelinin tətbiq olunması nəticəsində Azərbaycanda iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edilmişdir.
Prezident İlham Əliyevin elm, təhsil və mədəniyyətimizin inkişafı sahəsində həyata keçirdiyi siyasət Ulu Öndərimizin formalaşdırdığı ideyaların, uğurlu davamı olmuşdur.
Ulu Öndərin gənclər siyasəti və ordu quruculuğu istiqamətində atdığı addımlar Prezident İlham Əliyev tərəfindən yeni formada davam etdiriImiş, gənclərin vətənpərvərlik tərbiyəsi yüksəIdilmiş, onların könüllülük əhval-ruhiyyəsində hərbi xidmətə getmələri stimullaşdırılmışdır.
Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü nəhəng islahatlar sayəsinda Azərbaycan Ordusu dünyanın ali ordusu sırasında yer almışdır. Bu gün bir sıra dövlətlər Azərbaycan Ordusunun Zəfərinə, QəIəbəsinə həsəd aparır, bu təcrübəni öyrənməyə çalışırlar.
2003 -cü ildə andiçma mərasimində “Azərbaycan torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyik. “ —deyən cənab Prezident İlham
Əliyevin Ali baş Komandan olduğu ordumuz 2020-ci il 44 günlük müharibə zamanı ölkəmizin yeni, şanlı Qələbə tarixini yazdı. Bu düşmən üzərində tarixi qələbədə məhz 2003-cü ildən Ordu sıralarında olan gənclər öz güclərini dünyaya nümayiş etdirdilər.
Vaxtilə Ulu Öndərin ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad olunması Azərbaycan Prezidenti, Müzəffar Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildi.
Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq qələbə qazandı, 30 il işğal altında olan Qarabağ Azərbaycana qaytarıIdı. Azarbaycan Ulu Öndərin arzuladığı və görmək istədiyi dövlət oldu.
Bu gün Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti, gördüyü işlər onu deməyə əsas verir ki, o Heydər Əliyevin ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən və inkişaf etdirən dövlət xadimidir. O, dünya prezidentləri arasında çox böyük nüfuza sahib olan Prezidentdir.
Həqiqətən Allah bizim Prezidentimizə bütün üstünlüklari bəxş etmişdir.Yüksək idarəçilik və diplomatik intellektuallıq, yüksək mədəniyyət, vətən sevgisi, xalqına qələbə sevinci yaşatmaq, bir neçə dili yüksək səviyyədə bilməsı, natıqlık məharətı, beynəlxalq tədbirlərdəkı çıxışIarı, suallara cavabı, alicənablığı və çox-çox üstünlükləri onu dövlət başçılarından fərqləndirir.
“Azərbaycanda yoxsul adam olmamalıdır” prinsipi ilə 19 ildə xalqın güzəranın mənzil şəraitinin yaxşılaşdırılması, şəhid aiIələrinə, qazilərə göstərdiyi diqqət və qayğısını əks etdirən Fərman və Sərəncamları onu xalqın sevimli Prezidentinə çevirmişdir.
Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar verdiyi fərman və sərəncamlar Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2023 — cü il Heydər Əliyev ili elan edilmişdir. Heç şübhəsiz ki, 2023—cü ildə Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız daha böyük zirvələr fəth edəcəkdir
Biz ziyalılar Azərbaycanımızın milli sərvəti olan zəngin irsinin əvəz olunmaz xidmətlərini xalqa, gənc nəslə layiqincə çatdıracağıq.
Yaşasın və həmişə var olsun möhtərəm Prezidentimiz!
Elza Orucova
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba Filialında “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”fənnini tədris edən müəllim, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?