Quba filialının kollektivi kapitan Aqil Məlikovun anım günündə iştirak edib

30.09.2022
Quba filialının kollektivi kapitan Aqil Məlikovun anım günündə iştirak edib
Məlumat üçün bildirək ki, 29 sentyabr Vətən Müharibəsi Şəhidi kapitan Aqil Niyaz oğlu Məlikovun dəfn olunduğu gündür. Aqil Məlikov Quba rayonunun Alpan kəndinin “Su Baba” qəbiristanlığında dəfn olunmuşdur. Evli idi. Süleyman və Xədicə adlı iki övladı qalıb.
Filialın direktoru dosent Y.Alıyev və kollektiv üzvləri Şəhidin atası Niyaz Məlikov və həyat yoldaşı Günel Məlikovayla görüşmüş, onların necə bir qəhrəmanın əmanəti olduqlarını bir daha vurğulamışlar.
Niyaz Məlikov oğlunun əziz xatirəsini yad edənlərlə birlikdə təskinlik tapdığını qeyd edərək bildirmişdir ki, Şəhid məqamına yüksələn övladı Aqilin əslində Vətən torpaqlarının işğaldan azadlığı uğrunda həyatını itirməsi həm də qürurverici məqamdır.
Dos.Y.Alıyev də Şəhidlərimizin əziz xatirəsinin hər zaman yad ediləcəyini, respublikamızın hər bir yerində olduğu kimi, Quba filialında da Şəhid ailələrinə, Qazilərə və Vətən Müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərildiyini, bizlərin də hər zaman Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərə hazır olduğumuzu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş bütün Şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmayacaq. Bu səbəbdən də ali məktəb ocağı olaraq kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova filialda işlə təmin edilib.
Tabor komandirinin müavini olan kapitan Aqil Niyaz oğlu Məlikov 27 sentyabr 2020-ci ildə Füzulinin Qaraxanbəyli kəndində silahdaşları ilə birgə 3 kənd, 7 postu azad edərkən qanlı döyüşdə qəhrəmancasına Şəhid olub. Aqil Məlikov, həmçinin 2016-cı ildə Ağdam istiqamətində Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Aqil Məlikov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra), “İgidliyə görə” medalı (ölümündən sonra), “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) və “Vətən uğrunda” medalı (ölümündən sonra) ilə təltif edilib.
Allah Şəhidlərimizə rəhmət etsin.
Vətən Müharibəsi
Anım Günü
 ADPU Quba
27 Sentyabr Anım Günü  27 Sentyabr 2020
 Şəhidlər Ölməz Vətən Bölünməz
Vətən Müharibəsi Şəhidləri
Qarabağ Azərbaycandır
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?