TƏBRİK EDİRİK!

08.05.2024
TƏBRİK EDİRİK!

Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi gənc alim Sərxan Cəfərov “Humanitar və ictimai elmlər” nominasiyası üzrə isə I yerə layiq görülüb.

Bu münasibətlə hörmətli həmkarımızı Filialın direktoru dosent Yusif Alıyevin və bütün professor-müəllim kollektivin adından səmimi-qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin gənc alim və tədqiqatçılarını müsabiqədə iştiraklatı münasibəti ilə təbrik edərək, Ulu Öndərin 101 illiyinə həsr olunan müsabiqənin əhəmiyyətini diqqətə çatdırıb, bütün sahələrdə olduğu kimi elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı və davamlı stimullaşdırılmaları olduqca vacib məsələ olduğunu və bu istiqamətdə Pedaqoji Universitet də sistemli işlər görüldüyünü vurğulayıb.

Çıxış edən elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov müsabiqə haqqında məlumat verərək vurğulayıb ki, Heydər Əliyevin 101 illiyinə həsr olunan müsabiqə 2023-cü təqvim ili ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi ilə keçirilir. Bildirilib ki, qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər. Prorektor daha sonra qeyd edib ki, müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi Şurasının nəzdindəki Elm komissiyası tərəfindən namizədlərin ötən il ərzində çap olunmuş elmi əsərləri, dissertasiya işinin tamamlanma, təqdim etmə və müdafiə vaxtı, Respublika və beynəlxalq elmi konfranslarda iştirakı, nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələri və ADPU-nun ictimai həyatında fəallığı və elmi-təşkilati fəaliyyətlərinin qiymətləndirilməsi əsasında təhlil edilərək, nəticələr müəyyən olunur.

Təbriklər Sərxan müəllim.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?