ADPU-nun Quba filialı məzunu ali təhsil müəssisəsindəki dəyişikliklərlə tanış olub

01.07.2021
ADPU-nun Quba filialı məzunu ali təhsil müəssisəsindəki dəyişikliklərlə tanış olub

30 iyun 2021-ci il tarixində ADPU-nun Quba filialının Tarix coğrafiya müəllimliyi ixtisasının 2013-cü il məzunu, Şabran rayonu Hacı Əliyev adına Dağbilici kənd tam orta məktəbinin direktor əvəzi Sirac Orucov rəhbərlik etdiyi ümumtəhsil müəssisəsinin əlaçı şagirdləri ilə birlikdə ADPU Quba filialındakı yenilikərlə tanış olub.

Tanışlıq görüşü zamanı filialın direktoru dosent Yusif Alıyev filialda açılan yeni ixtisaslar barədə məlumat verib. O, müəllimlərin peşəkarlığı, yeni informasiya-kommunikasiya texnologiyalarındən istifadə bacarıqları, kitabxana təminatı kimi məsələlərə oxunub. Bildirib ki, ali təhsil müəssisəsiin kitabxanası yeni ədəbiyyatlarla tam şəkildə təmin edilib. Hazırda burada 20 min nüsxəyə yaxın kitab tələbə və oxucuların ixtiyarındadır. Filialda təlim-tədrislə yanaşı tərbiyə işlərinə də xüsusi əhəmiyyət verildiyini qeyd edib. Bildirib ki, burada yeni yaradılan Heydər Əliyev məktəb-lektoriyası tələbələrin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsində mühüm rol oynayır. Direktor şagirdləri gələcəkdə məhs bu ali təhsil ocağın seçməyə çağırıb. Onların gələcək seçimləri ilə maraqlanıb. Vurğulayıb ki, ADPU Quba filialı fəaliyyətində daim tələbə məmnuniyyətini əsas prioritetlərədən biri hesab edir.

Şabran rayonu Hacı Əliyev adına Dağbilici kənd tam orta məktəbinin direktor əvəzi Sirac Orucov son dövrlər ADPU Quba filialında dosent Y. Alıyevin rəhbərliyi ilə görülən işləri sosial şəbəkələrdən, filialın rəsmi portalından izlədiyini, bununla qürur duyduğunu diqqətə çatdırıb. Bildirib ki, filialdakı infrastruktur yenilənməsi, maddi-texniki bazanın zənginləşməsi göz qabağındadır. S. Orucov məzunların filialın 30 illik yubiley tədbirində bir araya gəlmək istədiklərini diqqətə çatdırıb. Ali təhsil aldığı universitetlə məzun olaraq əməkdaşlıqdan qürur duyduğunu söyləyib.

Daha sonra şagirdlər filialın böyük Akt zalı, Heydər Əliyev məktəb lektoriyası, kitabxanası, auditoriyaları ilə tanış olublar.

Görüşün sonunda dos. Yusif Alıyev, filialın direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva, Şabran rayonu Hacı Əliyev adına Dağbilici kənd tam orta məktəbinin direktor əvəzi Sirac Orucov və məktəblilər xatirə şəkli çəkdiriblər.

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?