Ümummilli lider Heydər Əliyevin anım günü dərin hörmət və ehtiramla anılıb.

Ümummilli lider Heydər Əliyevin anım günü dərin hörmət və ehtiramla anılıb.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının rəhbərliyi tərəfindən dərin hörmət və ehtiramla anılıb
Dekabrın 12-də ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, direktor müavini Aysel Şeydayeva, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi fizika riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov, filialın İKT şöbəsinin müdiri Yusif Abayev, Təsərrüfat şöbəsinin müdiri Telman Dadaşov Ulu öndərin Quba şəhəri Heydər Əliyev parkında yerləşən əzəmətli heykəli önünə gül-çiçək düzüb. Əbədiyaşar Liderə uca Tanrıdan rəhmət diləyiblər.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq. Azərbaycan dövləti var olduqca ulu öndərin ölməz ruhu da öz xalqı ilə birgə yaşayacaq.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?