“Yusif Səmədoğlu yaradıcılığında ənənə və müasirlik” mövzusunda Elmi seminar keçirilib

“Yusif Səmədoğlu yaradıcılığında ənənə və müasirlik” mövzusunda Elmi seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 21 dekabr 2020-ci il tarixdə «Zoom» platforması üzərindən Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni laureatı Yusif Səməd oğlu Vəkilovun (Yusif Səmədoğlu) anadan olmasının 85 illik yubileyinə həsr olunmuş «Yusif Səmədoğlu yaradıcılığında ənənə və müasirlik» mövzusunda Elmi seminar keçirilib. Kitabxana şöbəsinin təşkilatçılığı ilə baş tutan seminarda filialın professor-müəllim və tələbə kollektivi həmçinin qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan dosent Yusif Alıyev Yusif Səmədoğlu şəxsiyyəti, onun yaradıcılığı haqqında qısa məlumat verib, müxtəlif məqamlarda görkəmli ədibin bugünümüzlə səsləşən əsərlərini diqqətə çatdırıb.

Daha sonra seminarın məruzəçisi Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, publisist, ədəbiyyatşünas, Bakı Dövlət Universitetinin dosenti Məti Osmanoğlu «Yusif Səmədoğlu yaradıcılığında ənənə və müasirlik» mövzusunda yazıçının əsərlərindən nümunələr üzərində ənənə və müasirliyi izah edib, Yusif Səmədoğlu ilə bağlı xatirələrini dilə gətirib.

Məruzədən sonra filialın baş müəllimləri Eyvaş Şeydayev, Rahib Sadullayev məruzə ətrafında çıxış edərək məruzəçinin maraqlı fikirlərinə münasibət bildirdilər.
Daha sonra filialın əməkdaşı Nəhayət xanım Şirinova, TSPX ixtisasının tələbələri Mənsur Xaspoladov, Nicat Piriyev, Seymur Babayev, Aynur Heydərova, Aytən Qurbanova, məruzəçiyə maraqlı suallar ünvanlayıblar.

Tədbirdə, həmçinin yazıçının qızı Humay Vəkilova, Quba Tarix Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva da iştirak edib

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?