“Mütərəqqi təhsil strategiyasının banisi”

08.05.2024
“Mütərəqqi təhsil strategiyasının banisi”

Quba Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Mütərəqqi təhsil strategiyasının banisi” adlı Ustad mühazirəsi keçirilib

Filialın direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, dosent Yusif Alıyev təəfindən söylənilən mühazirə nitqində Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun xalqımızın tarixinə, mədəniyyətinə, təhsilinə həqiqi övlad məhəbbəti ilə yanaşmasından, diqqət və qayğısından bəhs edilib, Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının təxminən son 35 ilinin ulu öndərimiz Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı olmasından danışılıb, Azərbaycan təhsilində əsası Ulu Öndər tərəfindən qoyulan və hələ də davam edən mütərəqqi ideyaları vurğulanıb, həm də “Ulu öndər Heydər Əliyev milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Ümummilli liderin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Məhz buna görə də bütün təhsil işçiləri Ümummilli Liderin həyat və faəliyyətini gənc nəslə öyrətmək üçün yaxın tariximizi əzbər bilməlidir. Bu şərəfli missiya haqqında danışmaq bizlər üçün, mühazirələr keçirmək olduqca qürurvericidir. Çünki ulu öndər Heydər Əliyev bizə tarixin hədiyyəsi idi.” deyə direktor qeyd edib, gənc nəsli bu irsi vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə öyrənməyə səsləyib.

Qeyd edək ki, tədbirdə Filialın direktoru dos. Yusif Alıyev, Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, əməkdar mədəniyyət işçisi, Filialın Humanitar elmlər kafedrasının müəllimi, uzun illər gənc nəslə Heydər Əliyev irsini layiqincə tədris edən Elza Orucova, Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, ADPU Quba Filialı üzrə YAP ərazi partiya təşkilatının sədri Zaur Muradov, əməkdaşlar, gənclər və tələbələr iştirak edib. Tədbirdə həmçinin Filialın Heydər Əliyev Lektoriyasının müdiri N. Şirinova və gənclər tərəfindən dos.Y.Alıyevə “Əbədi ömrün 100 ili” adlı kitab hədiyyə edilib.

Tədbir çıxışlar və tələbələrin ifasında ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeir nümunələrinin səsləndirilməsi ilə davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?