ADPU-nun Quba filialında 202-2024-cü tədris ilində Elmi şuranın ilk genişləndirlilmiş iclası keçirildi

15.09.2023
ADPU-nun Quba filialında 202-2024-cü tədris ilində Elmi şuranın ilk genişləndirlilmiş iclası keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 14.09.2023-cü il tarixində 2023-2024-cü tədris ilində Elmi şuranın ilk genişləndirlilmiş iclası keçirildi. Elmi şuranın katibi Sevinc Babaşova çıxış edərək Elmi Şura üzvlərinin yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğuni qeyd etdi.

Elmi Şuranın iclası Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməsi ilə açıq elan edildi.

Daha sonra ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev çıxış edərək şura üzvlərini və dəvət olunanları salamladı. Hər bir müəllimi, əməkdaşı yeni tədris ili münasibətilə təbrik etdi. Öncə qeyd etdi ki, bu il ADPU-nun Quba filialında tələbə qəbulu üzrə 305 yer təqdim edilib və qəbul planında 284 yer dolub. Faizlə götürdükdə bu 93%-i əhatə edir. Daha sonra yeni tədris ilinə başlamaqla əlaqədar filial üzrə tədris hazırlığı haqqında məlumat verdi.

Daha sonra qeyd etdi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. C. Cəfərovun razılığı və Quba filialının direktorunun əmri ilə Seyod Cabbarov İnsan resursları şöbəsinə müdir təyin edilmişdi. Bu münasibətlə S. Cabbarovu təbrik edərək işlərində uğurlar dilədi.

Sonra Elmi Şuranın gündəliyinə daxil olan bəndlər səsləndirildi.

Müvafiq olaraq çıxış üçün söz Tədris şöbəsinin müdiri M. Bağırovaya verildi. 2022-2023-cü tədris ilində yay semestrinin təşkili və nəticələri haqqında məlumat verildi. Qeyd edildi ki, 348 N-li qərar əsas götürülür. 8 fənn üzrə 17 tələbənin könüllü müraciəti əsasında yay semestri təşkil olunmuş və müvafiq olaraq dərslər 6 fənn müəlliminə həvalə olunmuşdur. Yay semestrinin təşkili və keçirilməsi 6 həftəni əhatə edir. Müraciət etmiş 17 tələbədən 1 nəfər 25% limitə düşərək, təşkil olunmuş imtahanda iştirak etmək hüququnu itirmişdir. 16 tələbəni əhatə edən yay semestr imtahanları təşkil olunmuş və 15 nəfər tələbə müvafiq qiymət alaraq, imtahan sessiyasını uğurla başa çatdırmışdır. 1 nəfər tələbə isə qeyri – müvafiq qiymət almışdır. Təşkil olunmuş yay semestri üzrə tələbələrin 93,75% müvəffəqiyyət, 12,15 % isə keyfiyyət göstəriciləridir.

Daha sonra ADPU-nun Quba filialının tərkibində fəaliyyət göstərən 4 kafedranın müdür vəzifəsini müvəqqəti icra edənlər akademik dərs saatlarının bölgüsü haqqında ətraflı məlumat verdi.

Elmi şuranın sonunda yeni tədris ili ilə əlaqəli təklif və tələblər dinlənildi.

Tyutorların iş fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı keçirilən təlimdə iştirak edən “Humanitar və sosial elmlər” və “ Riyaziyyat və təbiət elmləri” fakültələrinin tyutorları və “Keyfiyyətin təminatı şöbəsi”nin mütəxəssisləri sertifikat ilə təltif edildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?