Məktəblilər filialda olublar

18.04.2024
Məktəblilər filialda olublar

Quba rayon Qırız Dəhnə kənd ümumi məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Şükürova, həmin məktəbin şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında olublar.

Filialda məktəblilər Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Lalə Beydullayevanın rəhbərliyi ilə ilk olaraq filialın idman meydançası, bufeti daha sonra isə əsas tədris binasına gələrək, burada həm Kitabxana və elektron resurslar şöbəsi ilə, həm də dərs və iş prosesi ilə yaxından tanış oldular. Auditoriyalara daxil olaraq tədrisin gedişinə birbaşa şahidlik etdilər. Həmçinin şagirdlər kafedralar, dekanlıq, Heydər Əliyev lektoriyası, Akt zalı, Kompüter laboratoriyası ilə tanış olmuş, dəhlizlər boyunca müşahidə olunan filialın keçmişindən bugününə doğru gedən prosesə birbaşa nəzərə yetirmişlər. Tədris binalarında, həyətdə xatirə şəkli çəkdiriblər.

Daha sonra filialın direktor müavinləri t.f.d. İ.Mahmudov, KTŞ müdiri P.Rzayeva da şagirdlərlə söhbət edərək filialda dos. Y.Alıyevin rəhbərliyi ilə yaradılan hərtərəfli tədris şəraiti haqqında məlumat verdilər, şagirdlər isə öz növbəsində qeyd etdilər ki, gələcək ixtisas və peşə seçimlərində bugünki filiala etdikləri ziyarətin çox böyük əhəmiyyəti olacaqdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?