“TRT Avaz” kanalı ADPU-nun Quba filialında

22.08.2020
“TRT Avaz” kanalı ADPU-nun Quba filialında

Avqustun 20-də qardaş Türkiyənin “TRT Avaz” kanalının çəkiliş qrupu ADPU-nun Quba fililında oldu. Quba rayon İcra Hakimiyyətinin razılığı ilə “TRT Avaz”ın Azərbaycan nümayəndəliyinin rəhbəri dəyərli Murad Akkoçun da iştirak etdiyi nümayəndə heyəti filialdakı yeniliklərlə, yeni təmir-bərpa işləri ilə yaxından tanış olaraq, auditoriyalarda yaradılan müasir texnoloji şəraitə, filialın iş prosesinə şahidlik etdilər. Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Quba Filial haqqında geniş informasiyalara malik olduqlarını söyləyən televiziya ekibinə, fililada təhsildə əldə etdikləri uğurlar, təhsilin regionlardakı inkişafı haqqında durektor dosent Yusif Alıyev geniş məlumatlar verərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasətindən, Təhsil Nazirliyinin dəstəyi ilə görülən işlərdən, ADPU-nun və filiallarının müəllim hazırlığı istiqamətində gördüyü işlərin əhəmiyyətindən və böyüklüyündən bəhs etdi.

Həmçinin dosent Yusif Alıyev ADPU-nun Quba filialının əldə etdiyi uğurlardan danışaraq 2009-cu ildə cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün bəyannaməsinə uyğun olaraq elm, təhsil, mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin daha da artırılması üçün qardaş Türkiyə və qardaş türk respublikalarının gənclərinə üz tutaraq ADPU-da və ADPU-nun Quba filialında təhsil almağa çağıraraq doğma Qubamızın və filialımızın səsini dörd bir tərəfində yayınlanan “TRT Avaz” izləyicilərinə çatdırmış oldu.

Təşəkkürlər, TRT Avaz!     https://www.youtube.com/watch?v=0l3WCDEY9Yc

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?