Quba filialının tələbələri “Gənc Fest” festivalında iştirak edib

Quba filialının tələbələri “Gənc Fest” festivalında iştirak edib

Quba-Xaçmaz iqtisadi regionun fəal gəncləri 23-26 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (Baku City Circuit) birgə təşkilatçılığı ilə keçirilmiş “Gənc Fest” festivalında iştirak edib.

Qeyd edək ki, Filialın tələbələri Tuğyə Məmmədova, Tofiq Dadaşov, Nubar Məmmədovanın da iştirak etdiyi festival Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunub, iştirakçılar sertifikat qazanmaq şansı əldə ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?