ADPU-nun Quba filialında fəaliyyət göstərən Tələbə təşkilatları ilə görüş keçirilib

ADPU-nun Quba filialında fəaliyyət göstərən Tələbə təşkilatları ilə görüş keçirilib

Görüşdə filialın direktoru dosent Yusif Alıyev də iştirak edib, tələbə-gənclərə rəhbər kimi tövsiyələrini verib,  hər zaman onların yanında olduğunu diqqətə çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbələri öz ətrafında toplayaraq onların şəxsi inkişafına şərait yaradan, asudə vaxtlarından səmərəli istifadə üçün yol açan, dövlətə və dövlətçiliyə sadiq ruhda, yenilikçi və cəmiyyətə faydalı gənclərin hərtərəfli şəxsiyyət kimi yetişdirilməsində rolu olan Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Elmi Cəmiyyətinin idarə heyətinin üzvləri ilə keçirilən onlayn görüş tələbələr üçün yaddaqalan olub.
Görüş zamanı tələbələrin ideya və layihələri dinlənilib, gənclərlə işin daha sistemli, Dövlət Gənclər Siyasətinə uyğun qurulması və buna müvafiq digər maraqlı məqamlar ətrafında müzakirələr aparılıb.Görüşdə tələbələrlə yanaşı filialın direktor müavini Aysel Şeydayeva, THİK sədri Aygün Şıxbabayeva da irəli sürülən layihələrə öz fikirlərini bildirib, hər zaman gənclərə dəstək olduqlarını vurğulayıblar.Görüşün sonunda gənclər universitetin və rayonun ictimai həyatında daha da yaxından iştirak edəcəklərini bildiriblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?