Quba filialının direktoru dosent Yusif Alıyev Qarsda işgüzar səfərdə olub

01.09.2022
Quba filialının direktoru dosent Yusif Alıyev Qarsda işgüzar səfərdə olub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev və Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərov Qarsa (Türkiyə Cümhuriyyəti) işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğuda olublar.
Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu Nuru Quliyev ADPU Quba filialının əməkdaşlarına rəhbəri olduğu qurumun fəaliyyəti, Azərbaycan-Türkiyə arasında dostluq, mədəniyyət, humanitar sahədə iki qardaş ölkə arasındakı əməkdaşlığın inkişafında rolu, görülən işlər haqqında geniş məlumat verib. Eyni zamanda filial rəhbərliyi və Baş konsul arasında təhsillə bağlı önəmli müzakirələr aparılaraq gələcəkdə Türkiyənin bölgə universitetləri ilə Azərbaycanın region universitetləri arasında əlaqələrin qurulması, bu istiqamətdə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunmuşdur.
Baş konsul sonda bildirmişdir ki, bu sahədə Azərbaycan və Türkiyə qanunvericiliyi daxilində mümkün olacaq istənilən dəstək göstərilə bilər.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?