Quba Tarix-Diyarşünaslıq Muzeyində “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilmişdir.

18.04.2023
Quba Tarix-Diyarşünaslıq Muzeyində “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilmişdir.

Quba Tarix-Diyarşünaslıq Muzeyində “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilmişdir.

15 aprel 2023-cü ildə Quba Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının iştirakı ilə Ulu Öndər “Heydər Əliyev ili” çərçivəsində “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilmişdir.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi v.m.i.e Fərid Musayev, XRMİ-nin Quba rayon üzrə nümayəndəsi Fuad Orucov, ADPU-nin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, t.e.d., dosent Sevinc Əliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, ADPU-nin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Laçın Mustafayev, ADPU-nin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Sevil Bəhrəmova və ADPU-nin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti, p.ü.f.d. Təranə İsayeva, Quba Heydər Əliyev Mərkəzinin, Quba Soyqırımı Memorial Kompleksinin, Quba rayon MKS-nın əməkdaşları, Quba rayon üzrə Tarixi Abidə Mühafizəçiləri, ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev, Filialın müəllim və tələbələri iştirak edirdi.

Elmi Seminarda t.ü.f.d. Laçın Mustafayev “Tarixi – arxeoloji irsin öyrənilməsi və mühafizəsi” mövzusunda, t.ü.f.d. Sevil Bəhrəmova isə “Heydər Əliyev və Azərbaycan respublikasında maddi-mədəni irsimizin qorunması” mövzusu ilə məruzə etmişlər.

Məruzə ətrafında çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasına göstərdiyi qayğıdan, abidələrin tarixi əhəmiyyəti, onların qorunub saxlanması və bərpa olunmasının zəruriliyindən danışdıar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?