Quba RTŞ-nin əməkdaşları ADPU-nun Quba Filialında tələbələr ilə görüş keçirib.

22.02.2019
Quba RTŞ-nin əməkdaşları ADPU-nun Quba Filialında tələbələr ilə görüş keçirib.

Mayın 22-də Quba RTŞ əməkdaşları ADPU-nun Quba Filialında filialın “Təhsildə sosial və psixoloji xidmət ” ixtisasının IV tədris ili tələbələri ilə görüş keçirilib.

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında filialın “Təhsildə sosial və psixoloji xidmət ” ixtisasının IV tədris ili tələbələri ilə görüş keçirilib. Görüşdə  filialın direktoru, professor Əli Allahverdiyev, Quba Rayon Təhsil Şöbəsinin(RTŞ) müdiri Rüfət Hacıyev, Quba RTŞ-nin aparıcı məsləhətçisi Qələmşah Dostuyev, metodkabinetinin direktoru Namiq Hümbətov, RTŞ-nin Təhsil müəssisələrində tərbiyə işinin təşkili üzrə metodisti Mehparə Rüstəmova iştirak edib.Görüşün əsas məqsədi “Təhsildə sosial və psixoloji xidmət ” ixtisasının IV tədris ili tələbələrinin növbəti tədris ilində Quba rayonunun ümumtəhsil məktəblərində işə cəlb edilməsi, bu sahədə kadr çatışmazlığının aradan qaldırılması olub. Çıxış edənlər ümumilikdə respublikada aparılan təhsil isalahatlarından, təhsilin inkişafında dövlət qayğısından ətraflı bəhs etdilər, bildirdilər ki müasir dövrdə istedadlı gənclərin yüksək səviyyəli kadr kimi yetişməsi üçün hər cür şərait vardır.

Görüş tələbələrin marağına səbəb oldu, onların sualları cavablandırıldı.

Sonda iki müəssisə arasında  belə görüşlərin davamlı təşkil edilməsi, birgə layihələrin həyata keçirilməsi üçün razılıq əldə olundu.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?